İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada mindən çox həkim Ukraynaya getmək istəyir

368 18.04.2022 11:36 Gündəm A A

Almaniyadan olan 1100-dən çox həkim xəstə və yaralılara kömək etmək üçün Ukraynaya və qonşu ölkələrə getmək üçün Federal Tibb Assosiasiyasının onlayn portalında qeydiyyatdan keçib.

AzVision.az xəbər verir ki, bu barədə assosiasiyanın prezidenti Klaus Reynhardt bildirib. "Rəqəmlər həkimlərin Ukrayna xalqı ilə həmrəyliyinin nə qədər böyük olduğunu göstərir. Axı orada işləmək həyat üçün təhlükə yarada bilər", - o deyib.

Eyni zamanda, Reynhardt əlavə edib ki, Almaniya Federal Tibb Assosiasiyası hazırda Xarici İşlər Nazirliyi, Səhiyyə Nazirliyi və Ukrayna və qonşu dövlətlərin səfirlikləri ilə həkimlərin ən yaxşı şəkildə necə yerləşdirilməsi ilə bağlı danışıqlar aparır.

Bununla bağlı o, Ukrayna ərazisində işləyən həkimlərin təhlükəsizliyinə zəmanət verilməli olduğunu vurğulayıb. Assosiasiya rəhbərinin sözlərinə görə, qonşu ölkələrdən müraciətlər hələ də daxil olmayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR