İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya və Fransa birlikdə “uzaqmənzilli silahlar” hazırlayacaq

352 29.05.2024 15:38 Dünya A A

Almaniya və Fransanın hakimiyyət orqanları digər tərəfdaşlarla birlikdə Avropanın müdafiə qabiliyyətini gücləndirmək üçün “uzaqmənzilli silahlar” hazırlamaq barədə razılığa gəliblər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Almaniya-Fransa Təhlükəsizlik və Müdafiə Şurasının iki ölkə liderlərinin iştirakı ilə keçirilən iclasının yekunlarını əks etdirən sənəddə deyilir.

Almaniya hökumətinin saytında dərc olunan sənəddə konkret hansı silah növünün nəzərdə tutulduğu göstərilməsə də, yerli media yazır ki, söhbət uzaqmənzilli raketlərdən gedir.

“Fransa və Almaniya öz tərəfdaşları ilə birlikdə uzunmənzilli silahlar sahəsində uzunmüddətli, hərtərəfli və əhatəli əməkdaşlığa başlayacaqlar və bu, hərbi potensialımızın təkmilləşdirilməsi məqsədilə Avropa hərbi sənaye bazasının gücləndirilməsi ilə müşayiət olunacaq. ”, – sənəddə qeyd olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR