İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya və Danimarkadan Kiyevə BÖYÜK DƏSTƏK FOTO

651 24.05.2024 14:35 Dünya A A

Almaniya Danimarka ilə birlikdə Kiyevə daha 10 “Leopard-1” tankı tədarük edib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya Nazirlər Kabineti Kiyev üçün yenilənmiş silah siyahısını dərc edib.

Məlumata görə, Almaniya və Danimarka artıq birgə 40 “Leopard-1” tipli A5 tankını Ukraynaya çatdırıb.

Həmçinin hərbi yardım paketinə 54 ədəd “Vector” və “Heidrun” kəşfiyyat pilotsuz uçuş aparatları, 8,5 min 155 mm-lik artilleriya mərmisi, “Leopard-2”, “Dachs” tankları və “Marder” piyada döyüş maşınları üçün 20 MG3 pulemyotu daxildir.

Bildirilib ki, Almaniya Ukraynaya daha üç “HIMARS” reaktiv yaylım atəşi sistemi verməyi planlaşdırır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR