İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya Rusiya ilə münasibətləri pozması üçün İrəvana bunu təklif edir – SENSASİYA

1028 10.01.2024 11:56 Son xəbər A A

Almaniya Rusiya sərhədçilərinin Ermənistandan tezliklə çıxarılmasında maraqlıdır, bu və digər anti-Rusiya addımlarının müqabilində Berlin İrəvana maliyyə yardımı təklif edir.

Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın TASS agentliyi məlumatlı mənbəyə istinadən xəbər yayıb:

"Almaniya Ermənistanı Qərbin anti-Rusiya siyasətinə sürükləməyə çalışır. Berlinin vəzifəsi mümkün qədər İrəvanla Moskva arasında çəkişmə yaratmaqdır. Almanlar rus sərhədçilərinin Ermənistan ərazisindən tezliklə çıxarılmasında, İrəvan hakimiyyətinin öz dövlət aparatını Rusiyaya dost olan şəxslərdən, o cümlədən silahlı qüvvələrin, kəşfiyyat xidmətlərinin və hüquq-mühafizə orqanlarının lüstrasiyasından təmizləməsində maraqlıdılar. Bunun müqabilində Berlin İrəvana maliyyə və texniki yardım göstərməyi, o cümlədən Nikol Paşinyan hökumətinə Qarabağ ermənilərinin Avropa İttifaqı ölkələrinə kütləvi mühacirətinin qarşısını almaqda dəstək verməyi təklif edir”.

Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ilin yekunları üzrə TASS-a eksklüziv müsahibəsində bildirmişdi ki, İrəvan Qərbin təsirinə uyaraq, Moskva ilə müttəfiqliyini qeyri-müəyyən vədlərlə əvəz etməyə çalışır. Rusiyalı nazirin sözlərinə görə, İrəvan strateji dönüş kursuna haqq qazandırmaq üçün bütün bəlalarda, o cümlədən Qarabağın itirilməsində Rusiyanı günahlandırmağa çalışır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR