2026-cı il dünya çempionatının E qrupunda Almaniya millisi turnirə möhtəşəm start verib.
Dördqat dünya çempionu debütant Kurasao yığmasını 7:1 hesabı ilə məğlub edərək qrupun əsas favoriti olduğunu nümayiş etdirib. Görüş ABŞ-ın Hyuston şəhərindəki NRG stadionunda keçirilib və ilk dəqiqələrdən almanların üstünlüyü ilə yadda qalıb.
Qollar
6-cı dəqiqə – Feliks Nmeça (Almaniya) – 1:0
21-ci dəqiqə – Livano Komenensiya (Kurasao) – 1:1
38-ci dəqiqə – Niko Şlotterbek (Almaniya) – 2:1
45+4-cü dəqiqə – Kai Haverts (penalti, Almaniya) – 3:1
47-ci dəqiqə – Camal Musiala (Almaniya) – 4:1
68-ci dəqiqə – Nataniel Braun (Almaniya) – 5:1
78-ci dəqiqə – Deniz Undav (Almaniya)
88' K. Havertz (Almaniya)-7:1
Oyun barədə məlumat verək ki, Julian Naqelsmanın komandası matça ildırım sürəti ilə başladı. Cəmi 6-cı dəqiqədə Florian Virtsin ağıllı ötürməsindən sonra Feliks Nmeça dəqiq zərbə ilə hesabı açdı. Bu qol həm də turnirin ən erkən qollarından biri kimi tarixə düşdü.
Lakin debütant Kurasao təslim olmadı. 21-ci dəqiqədə Livano Komenensiya cərimə meydançası xaricindən vurduğu zərbə ilə komandasının dünya çempionatları tarixində ilk qolunu vurdu və hesabı bərabərləşdirdi. Bu epizod stadionda böyük coşğu yaratdı.
Buraxılan qoldan sonra Almaniya təzyiqi artırdı. 38-ci dəqiqədə müdafiəçi Niko Şlotterbek künc zərbəsindən sonra topu qapıdan keçirdi. İlk hissəyə əlavə olunmuş dəqiqələrdə isə Kai Haverts penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı 3:1 etdi.
İkinci hissənin başlanğıcı almanların tam üstünlüyü ilə keçdi. 47-ci dəqiqədə Camal Musiala bir neçə rəqibi geridə qoyaraq gözəl fərdi reyd nəticəsində komandasının dördüncü qolunu vurdu. Bu qol artıq matçın taleyini həll etmiş oldu.
Kurasao zaman-zaman əks-hücumlar qurmağa çalışsa da, Almaniyanın sürətli oyununa cavab verə bilmədi. 68-ci dəqiqədə Nataniel Braun fərqləndi, 78-ci dəqiqədə isə əvəzlənmədən meydana çıxan Deniz Undav hesab arasındadı fərqi daha da artırıb.
88-ci dəqiqədə isə Havertz yekun hesabı müəyyənləşdirib.
Camal Musiala-oyunun ən parlaq futbolçularından biri oldu.
Florian Virts – hücumların təşkilatçısı kimi diqqət çəkdi.
Feliks Nmeça-Almaniyanın mundialdakı ilk qolunun müəllifi oldu.
Livano Komenensiya – Kurasaonun dünya çempionatları tarixində ilk qolunu vurdu.
Bu nəticədən sonra Almaniya E qrupunda liderliyə yüksələrək növbəti mərhələyə vəsiqə uğrunda mühüm üstünlük əldə edib. Kurasao isə mundial tarixində ilk qolunu vurmağın sevincini yaşasa da, ağır məğlubiyyətdən qaça bilməyib.
Cavanşir Abbaslı
Musavat.com






