İnsanlara hürriyət, millətlərə istiqlal!

"Allah həmin gün canımı alsın" - VİDEO

496 01.07.2026 11:30 Şou-biznes A A

"Allah məni övlad qazancına möhtac etməsin, həmin gün canımı alsın. Həmişə özüm qazanıb, özüm xərcləmişəm. Güclü olmuşam, gücsüzlüyə dözmərəm".

Bu sözləri müğənni Nadir Qafarzadə "İncə səhər" verilişində deyib.

Sənətçi qazancından, övladlarından danışıb. Sənətçi heç vaxt övladlarının qazancına möhtac olmaq istəmədiyini bildirib:

"Evdə iki qızım var, iki nəvəm böyüyür. Sağ olsunlar, qulluğumdadırlar. Bir yerdə yaşayırıq. Ata evində də yemək bişirib, bizdə də edir. Sağ olsunlar, həyat yoldaşım da var, biz min cavana dəyərik.

Deyirəm, Əntiqə, qızım, mənə çay gətir. İki dəfə gətirəcək, üçüncü dəfə "ah" çəkəcək. Mən o ahı eşitmək istəmirəm. Demirəm ki, indi elədir, yox. Sadəcə ola bilər. Həyat budur, heç kimə yük olmaq istəmirəm. Mənə 100 yaş arzulamayın. Öz qapımı özüm aça bilim. Yaşamağın da, ölməyin də zamanı var".

Qeyd edək ki, N.Qafarzadənin Əziz və Loğman adlı iki oğlu var. Onlar ailəlidir və övladları var.  (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR