İnsanlara hürriyət, millətlərə istiqlal!

Alimpaşa Məmmədovdan xəbər var

2016 07.10.2022 11:58 Kriminal A A

Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Musavat.com-un APA-ya istinadən xəbərinə görə, iş üzrə toplanmış matreallar yaxın günlərdə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Xatırladaq ki, Alimpaşa Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR