İnsanlara hürriyət, millətlərə istiqlal!

Alimlər hərəkətə keçdilər: peyvənd də qarşısını ala bilmir - 65 yaşdan aşağı şəxslər...

1421 22.08.2022 20:33 Səhiyyə A A

Koronavirusa yoluxmuş şəxslərdə demensiya, psixi pozğunluq və psixoz digər tənəffüs yoluxucu infeksiyalarla müqayisədə yüksək olaraq qalır.

Musavat.com xəbər verir ki, bu barədə STAT saytında bildirilir.

Belə ki, Oksford Universitetinin alimləri koronavirusa yoluxan 1,3 milyon insanın elektron tibbi qeydlərini təhlil ediblər. Müqayisə üçün soyuqdəymə və ya qripə yoluxmuş insanların proporsional qrupu seçilib. Əsas nəticələr isə belədir:

- COVID-19-dan qısa müddət sonra affektiv (depressiya) və anksiyete pozğunluqları riski daha yüksəkdir.

- 65 yaşdan aşağı şəxslərdə virusa yoluxmadan 2 il sonra demensiya və əzələlərə təsir edən nevroloji pozğunluqlar müşahidə olunur.

- Yaşlılarda psixi pozğunluq və ya demensiya daha çox müşahidə olunur.

- Koronavirusa yoluxan uşaqlarda böyüklərə nisbətən nevroloji və psixiatrik ağırlaşmalara az rast gəlinir.  

Deltanın meydana çıxması ilə narahatlıq pozğunluğunun inkişaf riski 10%, zehni qabiliyyətin pisləşməsi isə 38% artıb.

Alfa, delta və omikron variantlarına yoluxmuş insanlar digər SARS-CoV-2 variantları ilə yoluxmuş şəxslərdən daha çox virus yayırlar. Peyvənd də bunun qarşısını ala bilmir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR