İnsanlara hürriyət, millətlərə istiqlal!

Ali Məhkəmə "mahmudovçu" polkovnikin həbsdə qalmasına qərar verdi

855 03.05.2023 12:06 Son xəbər A A

Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) dələduzluqda təqsirləndirilən Qusar, Kürdəmir rayon şöbələrinin sabiq rəisi, polkovnik Bahadur Qocayevin barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Musavat.com xəbər verir ki, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə Bahadur Qocayevin kassasiya şikayəti təmin edilməyib. Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Keçmiş MTN zabiti 70 min manatdan çox pulu mənimsəməkdə ittiham edilib. Bundan başqa, onun vəzifədə olduğu vaxt vətəndaş Fazil Alıyevin 60 min manata aldığı evini hədə-qorxu ilə əlindən almaqda da adı hallanıb. B.Qocayev barəsində cinayət işinin istintaqını Dövlət Təhlükəsizliyi Xidməti aparıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, B.Qocayev Eldar Mahmudovun MTN-ə rəhbərlik etdiyi dövrdə nazirliyin Qusar və Kürdəmir rayon şöbələrinin rəisi olub. “MTN işi” ilə bağlı araşdırmalar başladıqdan sonra təhlükəsizlik strukturundan çıxarılıb. Bundan sonra Bahadur Qocayev bir müddət Lənkəran Dövlət Universitetində prorektor kimi də çalışıb. Dələduzluq cinayətində adı hallanandan sonra bu vəzifəsindən də uzaqlaşdırılıb.

Qeyd edək ki, Bahadur Qocayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR