İnsanlara hürriyət, millətlərə istiqlal!

Ali Baş Komandan lazımi tapşırıqlarını verib: “Ən qısa zamanda...”

2765 30.04.2023 18:41 Son xəbər A A

“Separatçı qüvvələrin bu cür hazırlıqları daim olub. Sadəcə olaraq bunun informasiya müharibəsi qismində mediaya sızdırılması onların atdığı növbəti məkrli addımdır”.

Bu sözləri Musavat.com-a açıqlamasında Xankəndidəki separatçıların hərbi hazırlığı ilə bağlı yayılan videoya münasibət bildirərkən hərbi ekspert Alp Arslan İmamqulu deyib.

alp.png (258 KB)

Ekspert qeyd edib ki, Azərbaycan ordusu bunların hamısını bilir və ordumuza lazımi tapşırıqlar verilib:

“İstənilən halda bölgədə mövcud olan bütün terrorçular ən qısa zamanda zərərsizləşdiriləcək. Ali Baş Komandan bu istiqamətdə öz qətiyyətini və lazımi tapşırıqlarını dəfələrlə ifadə edib, sərt, tənqidi yanaşmalarını bildirib.

Mövcud vəziyyətdə şərti sərhədlərimizdə hər hansı bir sərt qarşıdurma gözlənilmir. İstənilən halda Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulması və şərti sərhədlərimizdəki strateji yüksəkliklərin Azərbaycan ordusunun nəzarətində olması atılacaq addımların qarşısını ala biləcək tədbirlər kimi qiymətləndirilə bilər”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR