İnsanlara hürriyət, millətlərə istiqlal!

Aleksey Navalnıya 1 gün vaxt verildi

791 25.04.2023 17:05 Region A A

Rusiya müxalifətinin lideri Aleksey Navalnıya ona qarşı açılan yeni cinayət işi ilə tanış olmaq üçün cəmi bir gün vaxt verilib. Onun oxumalı olduğu iş üzrə materialların həcmi isə təxminən 700 səhifədir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Fondunun (KMF) direktoru İvan Jdanov məlumat yayıb.

Jdanovun sözlərinə görə, ciddi rejimli cəzaçəkmə müəssisəsində sənədlərə baxmaq üçün vaxt ayrılmır. Buna rəğmən, məhkumlar gündə 8 saat işləməlidirlər. Aleksey Navalnıya qarşı yeni məhkəmə prosesinin başlayacağı əvvəldən bilinirdi. Moskvanın Basmannı məhkəməsi işə aprelin 26-da baxmağa başlayacaq. Navalnının həmkarı Leonid Volkovun sözlərinə görə, müxalifətçinin cəzası xeyli artırıla bilər.

Aleksey Navalnı 2021-ci ilin fevralından həbsdədir. Həmin vaxtdan o, dəfələrlə həbsxanadakı şəraitdən və işgəncələrdən şikayət edib. Müxalifətçi həbsxana rəhbərliyinin ona yuxusuzluqla işgəncə verdiyini, tibbi yardım göstərmədiklərini, müxtəlif xəstəliklərdən əziyyət çəkən, şəxsi gigiyenaya riayət etməyən məhbusları qəsdən kamerasına yerləşdirildiyini, müdafiəçilərlə və yaxınları ilə əlaqə saxlamalarına mane olduğunu bildirib. Aprelin 11-də Navalnı 13-cü dəfə cərimə kamerasına göndərilib. Bunun üçün məsələn, düymənin birini bağlamaması, hasarı rəngləməməsi, düzgün müraciət formasından istifadə etməməsi kimi müxtəlif əsaslar göstərilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR