İnsanlara hürriyət, millətlərə istiqlal!

Aleksandr İskəndəryan: “Azərbaycan Qarabağ üzərində nəzarəti tədricən bərqərar edir”

1062 19.07.2023 17:06 Region A A

 

“Hazırda baş verənlər Azərbaycanın Qarabağ üzərində nəzarətinin tədricən daha çox bərqərar olmasıdır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər yerli politoloq Aleksandr İskəndəryan tərəfindən səslənib.

O, Brüsseldə baş verənləri ayrıca hadisə deyil, nəticə əldə etmək üçün Ermənistana təzyiq prosesinin tərkib hissəsi adlandırıb. İskəndəryanın sözlərinə görə, bu prosesdə Azərbaycanın qondarma “DQR”in mövcud olmadığı ilə bağlı bəyanatları əsas götürülür, bunun üçün müxtəlif təzyiq vasitələrindən sinxron şəkildə istifadə olunur.

Erməni ekspertin iddiasına görə, Azərbaycana bölgədə ermənilər yox, Qarabağın özü lazımdır. “Elə bir vəziyyət yaranıb ki, azərbaycanlılar istədiklərini keçirir, istəmədiklərini isə buraxmırlar. Bu da reallığın bir hissəsinə çevrilir. Azərbaycan gələcəkdə bu prosesi sərtləşdirəcək və legitimləşəcək. O zaman yüklərin Laçından, yoxsa Ağdamdan keçməsinin nə fərqi var. Bu o deməkdir ki, Bakı hansı yükü göndərəcəyini özü seçəcək. Azərbaycan öz təyin etdiyi şəxslərlə Qarabağda danışacağını bəyan edir. Onlar Qarabağda “seçilmiş hakimiyyət” (qondarma-red.) orqanlarını, o cümlədən bütün kişi əhalisini (?) cinayətkar hesab edərək onlarla danışmaq fikrində deyillər”, - deyə İskəndəryan bildirib.

O əlavə edib ki, Azərbaycan Qarabağ erməniləri ətrafında ilgəyi sıxmaq üçün səlahiyyətlərin  parçalanmasını həyata keçirir.

İskəndəryana görə belə bir şəraitdə, Qarabağdakı erməni hakim elitanın imkanları azdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR