İnsanlara hürriyət, millətlərə istiqlal!

Al Kaponeyə məxsus olan torpaq sahəsi satışa çıxarılıb FOTO

699 03.02.2024 03:22 Dünya A A

ABŞ-nin Çikaqo ştatından olan məşhur qanqster Al Kaponeyə məxsus malikanənin yerləşdiyi Palm-Biçdə yerləşən torpaq sahəsi 23,9 milyon dollara satışa çıxarılıb.

Qeyd olunub ki, ərazinin sahəsi 2 800 kvadratmetr təşkil edir, bura təxminən 30 metr uzunluğunda olan şəxsi çimərlik də daxildir. Al Kapone bu ərazini 1928-ci ildə 40 000 dollara müstəmləkə üslubunda malikanə ilə birlikdə alıb. Qanqster qonaq evi tikmək və mərcan mağarası olan gölməçə təşkil etmək üçün təxminən 200 min dollar (340 min manat – red.) xərcləyib.

1947-ci ildə Kapone bu evdə ürək tutmasından vəfat edib və 1952-ci ildə onun dul arvadı mülkü satıb. Bundan sonra mülkün sahibləri dəfələrlə dəyişiblər.

Malikanə söküntü planları ilə bağlı illərdir davam edən münaqişəyə səbəb olub. Nəticədə, bina 2023-cü ilin avqustunda sökülüb.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR