İnsanlara hürriyət, millətlərə istiqlal!

"Aktrisa botoks etdirməməlidir"

513 11.06.2026 14:38 Şou-biznes A A

Əməkdar artist Dilarə Əliyeva botoksla bağlı səsləndirdiyi fikirlərlə diqqət çəkib.

Musavat.com xəbər verir ki, aktrisa "Qonaqcanlı" verilişində sənət adamlarının xarici görünüşə və estetik prosedurlara münasibətindən danışıb.

O, xüsusilə aktyor və aktrisaların mimikalarının peşələri üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Dilarə Əliyevanın sözlərinə görə, kosmetologiyada geniş istifadə olunan botoks proseduru müəyyən hallarda faydalı olsa da, aktyorluq sənəti ilə məşğul olan şəxslər üçün uyğun hesab edilmir.

"Kosmetologiyanın botoks kimi möcüzəvi prosedurundan aktrisalar istifadə etməməlidir. Biri deyir, ifadəni gözlər, biri deyir, dodaqlar verir. Amma məncə, insanın hisslərini ən çox qaşlar ifadə edir. Aktyorun və ya aktrisanın emosiyalarını tamaşaçıya çatdırmasında mimikalar çox vacib rol oynayır. Botoks isə həmin ifadələrin təbii görünüşünə təsir göstərə bilər", - deyə sənətçi bildirib.

Əməkdar artist əlavə edib ki, düzgün dəri baxımı, sağlam həyat tərzi və vaxtında aparılan qulluq prosedurları sayəsində botoksa ehtiyac qalmaya bilər. O, hər bir estetik müdaxilənin ölçülü-biçili şəkildə edilməsinin vacibliyini vurğulayıb.

Dilarə Əliyevanın bu fikirləri sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi aktrisanın təbii görünüşlə bağlı mövqeyini dəstəkləyib, digərləri isə botoksun düzgün tətbiq edildikdə mimikalara ciddi təsir göstərmədiyini qeyd ediblər.

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR