İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ Ukrayna üzərindən Rusiyadan qaz nəqlinin dayanmasına hazırdır – Brüssel rəsmisi

517 28.02.2024 19:30 Dünya A A

Avropa Komissiyası (AK) Ukrayna üzərindən nəql olunan və hazırda ildə təxminən 15 milyard kubmetr olan Rusiya qazının nəqlini tamamilə dayandırmaq üçün intensiv işləyir.

Musavat.com xəbər verir ki, bunu Avropa Komissiyasının nümayəndəsi Tim Makfi Brüsseldə keçirdiyi brifinqdə deyib.

O xatırladıb ki, Rusiya qazının Ukrayna ərazisindən tranziti ilə bağlı saziş 2024-cü il dekabrın 31-də başa çatır və Aİ onu yeniləmək niyyətində deyil.

Onun sözlərinə görə, hazırda Avstriya, Slovakiya, Çexiya, kiçik həcmdə İtaliya Rusiya qazını Ukrayna vasitəsilə almaqda davam edir. Ukrayna vasitəsilə tədarükün ümumi həcmi ildə təxminən 15 milyard kubmetr təşkil edir:

"Avropa Komissiyası bu ölkələrin lazımi qaz təchizatına malik olmasını təmin etmək üçün onlarla sıx əməkdaşlıq edir. Mən konkret marşrutlar haqqında danışmayacağam, lakin biz bu ölkələrin qazı digər qaz kəmərləri, eləcə də mayeləşdirilmiş təbii qaz vasitəsilə ala bilməsini təmin etməkdən danışırıq və bunun mümkün olduğuna əminik".

Makfi vurğulayıb ki, Avropa Komissiyası bu qaz həcmini Avropa Enerji Platforması vasitəsilə icma ölkələri tərəfindən birgə satınalmalar hesabına kompensasiya etmək niyyətindədir.

O bildirib ki, fevralın 27-də Avropa Komissiyası növbəti beş il üçün qaz tədarükü üzrə bu platformada növbəti tender keçirib. Onun sözlərinə görə, Avropa şirkətləri tərəfindən ümumi tələbat 34 milyard kubmetr təşkil edib:

"Beynəlxalq təchizatçıların təklifi 97,4 milyard kubmetr təşkil edib, yəni təklif tələbdən təxminən üç dəfə çox olub. İndi istehlakçılar və təchizatçılar öz aralarında tədarük müqavilələri üzrə razılığa gələ biləcəklər".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR