İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ “Soros uşaqları”nı yenidən hərəkətləndirir – mübhəm qrantlar kimə çatacaq?

986 20.06.2023 16:34 Gündəm A A

Uzun illərdir ki, Qərb, Avropa təsisatları müxtəlif ölkələrdə demokratiya və insan haqlarının müdafiəsi, korrupsiya ilə mübarizə adı altında sırf özünün korporativ, məkrli missiyalarına xidmət edən layihələr həyata keçirir. Zaman-zaman belə layihələrin Azərbaycanda da icrası üçün böyük vəsaitlər ayrılıb, şəbəkə formalaşdırılıb. Bu şəbəkəyə bir sıra QHT-lər, blogerlər, jurnalistlər, feministlər, hətta “üzdəniraqlar” daxildir...

Düzdür, son bir neçə ildə Azərbaycan dövləti ölkə daxilində belə layihələrin icrasının, qanunsuz, çirkli maliyyə axınının qarşısını kifayət qədər alıb.

Ancaq internet əsrində və əksər təbliğatların sosial şəbəkələr üzərindən aparıldığı bir zamanda bu missioner şəbəkəni tam neytrallaşdırmaq da çətin məsələdir.

Burada ən böyük iş maarifçilik və saxta, qara məqsədli informasiya toruna insanların düşməməsi yönündə təbliğat aparmaqdan ibarətdir.

Azərbaycanda Turizm sektorunun dirçəlməsi üçün yeni addım atıldı! / Bloq /  Medvoyage

Yaxın zamanlarda biz sosial şəbəkələr, xaricdəki “söyüş müxalifəti”, blogerlər üzərindən Azərbaycanda demokratiya, insan haqları, LGBT “hüquqlarının” müdafiəsi yönündə, habelə ermənilərin guya yazıq obrazının yaradılması yönündə bir təbliğatın başlamasının şahid ola bilərik. Bu səbəbdən cəmiyyətə ilkin məlumatları verməyi, ayıq-sayıq olmalarını və belə feyk informasiya şəbəkəsinin toruna düşməmək üçün duyurlar verməyi məqsəduyğun hesab edirik.

Özəl mənbələrdən əldə etdiyimiz məlumata görə, Avropa İttifaqı Ukrayna, Gürcüstan, Moldova, Ermənistan, Azərbaycan və Belarusda demokratiya və insan hüquqlarının inkişaf etdirilməsi adı ilə yeni layihələr elan edib. Məbləğlər də kifayət qədər böyükdür.

Avropa İttifaqı Ukraynada hərbi missiya yaratmaq istəyir | ENA.az

Belə ki, müxtəlif ictimai, sosial problemlərin qabardılması üzrə elan edilmiş qrantın məbləği hətta bir layihə üzrə 100 min avroyadək arta bilər.

Araşdırmalar əsasən korrupsiya, maliyyə cinayətləri, mütəşəkkil cinayətkarlıq, ictimai təhlükəsizlik, demokratiya və insan hüquqları, ətraf mühit və iqlim dəyişikliyi, səhiyyə kimi sahələri əhatə etməlidir. Ancaq bunlar sadəcə görüntü yaratmaqdır, əsas hədəf üzrə çərçivə böyüdülə bilər, yəni cinsi azlıqların müdafiəsi, ailə institutunu sarsıtmağa yönəlik layihələr prioritet təşkil edə bilər.

Təhsil Nazirliyində "qrant bazarı": on minlərlə manat vəsaiti kimlər mənimsəyir? - ŞOK FAKTLAR<span class="qirmizi"></span>

Ən vacib məqam odur ki, bu layihələr heç də qrant ayrılacaq ölkələrdə, o cümlədən Azərbaycanda fəaliyyət göstərən leqal media ilə yox, xaricdə olan və xaricdən müxtəlif üsullarla yönəldilən mediaya veriləcək.

Konkret olaraq Azərbaycanla bağlı Avropaya, Qərb ölkələrinə sığınmış, “söyüş müxalifəti” kimi xarakterizə olunan adamlara qrant “stavka”ları ediləcəyi bildirilir.

Təsəvvür edin, Avropa, Amerika öz ərazilərində feyk-nyusu qadağan edir, onunla ciddi mübarizə aparır, ancaq bu qütblərə bağlı olan təsisatlar, konkret Avropa İttifaqı öz ərazilərində digər dövlətlərə qarşı çirkin planları üçün anti-dövlət təfəkkürlü, cəmiyyətimizi sarsıtmaq istəyən “söyüş müxalifəti”nin nümayəndələri maliyyələşdirirlər. Özü də bu pulları onlara Avropa vergi ödəyicilərinin pulundan ayırırlar. Guya “şəffaf” şəkildə...

Dövlət büdcəsindən qrantlar - «GİZLİ AYRILIR» - EKSPERTDƏN AÇIQLAMA - FED.az

Nəzərə çatdıraq ki, Avropa İttifaqı bir neçə ilə dezinformasiya ilə mübarizə adı altında xaricdən gələn təbliğatın qarşısını almaq, xüusuilə Rusiyadan gələn infotəhdidləri neytrallaşdırmaq 3 milyard avroluq kontr-proqram elan etmişdi. Bu məqsədlə, bu ad altında xaricdən bütün maliyyələşməni qadağan edən Aİ özü başqa dövlətlərin ərazisində qara planları üçün vəsaitlər ayırır. Bu hansı “demokratiyaya” sığır?!

Əlbəttə, Aİ bu işə “jurnalist araşdırmaları”, “QHT fəaliyyətinin dəstəklənməsi” adlarını qoyaraq, guya hansısa yaxşı iş görmələrinə dair görüntü yaradacaq. Ancaq məsələnin mahiyyəti tamamilə başqadır və məqsəd bölgədə güclənən qalib Azərbaycanda postmüharibə dövründə təxribatlar törətməkdir. Burada söhbət ictimai narazılıqların yaradılmasından, çaşqınlıq yaratmaq cəhdlərindən gedir.

QHT-lər Milli Məclisə nə təklif etdi?

Şübhəsiz ki, bu planlarda erməni lobbisinin də rolu və iştirakı var.

Biz ötənlərdə belə nümunələri görmüşük. Bu model Sorosun maliyyələşdirdiyi Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Layihəsi (OCCRP) adı altında artıq populyarlıq qazanıb. Bu layihələr əslində Qərbin xüsusi xidmət orqanlarının birbaşa yönəldiciliyi ilə reallaşdırılır, dövlət, onun maraqları, “jurnalist araşdırmaları” adı altında ayrı-ayrı dövlət adamları hədəfə götürülür...

Mexanizm çox sadə və hiyləgərdir: Maliyyə almış “jurnalist”, bloger bəzən də kəşfiyyat orqanları tərəfindən, kibercinayətkarlıq yolu ilə əldə olunmuş və təhrif edilmiş “faktlar” ictimailəşdirilir və bunun ardıca dərhal Qərb, Avropa təsisatları, QHT-ləri, hətta dövlət orqanları bu “jurnalist araşdırmasına” əsaslanaraq hesabatlar yayır, təzyiqlər göstərməyə başlayır, çaxnaşma yaradır, tələblər qoyurlar.

Azərbaycan ictimaiyyəti ötənlərdə belə oyunların nə cür peşəkarlıqla oynanılmasından xəbərdardır.

İndi də növbəti bir proses başlatmaq istəyir Avropa İttifaqındakı anti-Azərbaycan dairələr. Hədəf birmənalı şəkildə Azərbaycanı doğru hədəflərindən yayındırmaq cəhdləridir, diqqətləri sülhdən, Qarabağda quruculuqdan, “Böyük Qayıdışdan”, Zəngəzur dəhlizi projesindən uzaqlaşdırıb, təxribatlar törətməkdir.

Digər bir eybəcər məqsəd isə cəmiyyətimizə yad olan LGBT, saxta feminizm təbliğatını gücləndirmək, onsuz da son zamanlar kövrək olan ailə institutuna növbəti zərbələr vurmaqdır...

Feminizm ve eşcinsellik: Aileyi tahribin başlangıç noktası - HİLAL KAPLAN

Ən əsası, bu layihələrdə ən çox təhlükəli olan – “no war”çıların, saxta “sülh quşları”nın aktivləşəcəyi ilə bağlıdır.

Bəs bu pullar necə realizə edilir, necə çatdırılır?

Bununla bağlı mənbəmiz heyrətamiz faktları da özündə ehtiva edən bilgi verib: “Məsələn, uzun illər ABŞ-ın USAİD təşkilatı müxtəlif yollarla Azərbaycanda həyata keçirdiyi layihələr vasitəsilə müxalifətə dəstək ötürüb. 1990-cı illərdə açıq maliyyələşmə həyata keçirilib, sonrakı dövrdə müxalif partiyaların ətrafındakı satellit QHT-lər vasitəsilə maliyyələşdirilib. 2010-cu illərin əvvəllərində QHT-lərin xaricdən maliyyələşdirilməsi sərtləşdirildikdən sonra vəsaitlərin qonşu Gürcüstandan daşınmasına başlanılıb.

USAID and MPI Sign Agreement to Expand Cooperation

İndi də Qərb təsisatları maliyyələşməni yeni üsulla reallaşdırmağa çalışırlar. Sosial, iqtisadi, mədəni və s. qeyri-siyasi istiqamətlər üzrə müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda bəzi dövlət orqanları ilə müqavilələr bağlanılır, lakin vəsaitin bir hissəsi saxlanılır. Məsələn, bu yaxınlarda Avropa Şurası tərəfindən 2023-cü il üçün nəzərdə tutulan 4.5 milyon avro məbləğində layihələrin yalnız 500 minlik hissəsi rəsmiləşdirilib, qalan vəsaitdən isə heç bir xəbər yoxdur.

Qərb təsisatları tərəfindən ayrılan belə vəsaitlərin bir hissəsinin həm onların özləri, həm də yerlərdəki tərəfdaşları, layihə icraçıları tərəfindən mənimsənildiyinə dair çoxsaylı məlumatlar var. Amma məsələnin maraq doğuran tərəfi həm də odur ki, dövlət orqanlarında da qrant yeməyə öyrəşmiş məmurlar var və onlar da bu vəsaitlərdən yetərincə yararlanırlar. Bunun müqabilində isə həmin qrantların cəmiyyətimizin daha dərinliyinə, dövlətimizin əleyhinə fəaliyyət göstərən qruplara gedib çatmasına göz yumurlar...”

Mənbə bildirir ki, bu layihələr üzrə ayrılmış vəsaitlərin hədəflərə çatdırılmasında xarici ölkələrin səfirlikləri müəyyən rol oynayırlar.

Dövlət əhəmiyyətli layihə necə icra edilib? - HESABAT | ENA.az

Bir ekspert isə deyir ki, təkcə bu yollarla deyil, hələ bilinməyən formalarda da təxribatçı məqsədlər üçün ayrılan pulların ölkəyə ötürülməsi, radikal qruplara çatması təşkil olunur və burada bəzi rəsmi şəxslər də rol oynayır. Bunu isə diqqətdə Ədliyyə Nazirliyi, Maliyyə Monitorinqi Xidməti və digər müvafiq orqanlar saxlaya, araşdırma və ipuclarını tapa bilərlər...

Belə. Bütün hallarda biz yaxın zamanlarda ölkədə başlaya biləcək anti-Azərbaycan kampaniyalara hazır olmalı, saxta məlumatlara inanmamalı, aktivləşmək üzrə olan “Soros uşaqları”nın feyk-informasiya toruna düşməməliyik...

İnformasiya şöbəsi
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR