İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ Rusiyanın penitensiar sisteminə qarşı sanksiyalar vəd edir

299 20.02.2024 12:22 Dünya A A

Rusiya müxalifətinin lideri Aleksey Navalnının həbsxanada ölməsi Avropa İttifaqının xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasının gündəmini dəyişib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Rusiya Federasiyası ilə bağlı məsələlərin müzakirəsi zamanı diplomatların diqqətinin Moskva ilə Pekin arasında əməkdaşlığa qarşı yönələcək 13-cü sanksiyalar paketinə yönələcəyi gözlənilirdi.

Məlum olub ki, iclasda yeni tədbirlər də hazırlanır. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell sanksiyaların Rusiya Federasiyasının penitensiar sisteminə təsir edəcəyini bildirib.

Aİ Şurasının xarici işlər nazirləri səviyyəsində iclası adətən növbəti sanksiyalar paketinin müzakirəsində yekun nöqtə olur. Aİ sammitində məhdudiyyətlərlə bağlı xarici işlər nazirlərinin qəbul etdiyi və təsdiq etdiyi qərarlar yalnız təsdiqlənir.

Qeyd edək ki, ABŞ və Avropanın qüdrətli ölkələri Navalnını həbsxanada qəsdən öldürüldüyünü iddia edir və əsas məsuliyyəti RF rəhbərliyinin daşıdığını vurğulayırlar.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR