İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ ölkələri Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı razılığa gəliblər

491 20.06.2024 14:37 Dünya A A

Avropa İttifaqı ölkələrinin daimi nümayəndələri Rusiyaya qarşı 14-cü sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.

Musavat.com xəbər verir ki, bu barədə X sosial şəbəkəsində Belçika nümayəndəliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, paketə artıq tətbiq edilmiş məhdudiyyətlərdən yan keçmənin qarşısının alınmasına görə də tədbirlər daxil olacaq.

Bundan əvvəl “Euobserver” xəbər verib ki, Aİ ölkələri təşkilatın iyunun 27-də keçiriləcək sammitinə qədər Rusiyaya qarşı daha bir sanksiyalar paketi üzərində razılığa gəlməyi planlaşdırır.

Avropa İttifaqı ölkələrinin daimi nümayəndələri Almaniyanın mövqeyinə görə ilkin olaraq növbəti anti-Rusiya sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyiblər. Almaniya hakimiyyəti Avropa şirkətlərinin Rusiya Federasiyasına qarşı məhdudiyyətləri pozduqlarına görə məsuliyyətə cəlb edilməsi məsələsinə aydınlıq gətirilməsini tələb edib.

Fevral ayında Aİ Şurası Rusiyaya qarşı 13-cü sanksiyalar paketini rəsmən təsdiqləyib. Buraya 194 fiziki və hüquqi şəxs daxil idi. Siyahıya Hindistan, Şri-Lanka, Çin, Serbiya, Qazaxıstan, Tailand və Türkiyə şirkətləri də daxildir. Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəklədiyi iddiası ilə 27 təşkilatı 13-cü sanksiya paketinə daxil edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR