Avropa İttifaqı Evian kurortunda keçirilən “Böyük yeddilər” (G7) qrupunun sammitində Kiyevə 45 milyard avroya qədər vəsait ayırmaq məsələsini qaldıracaq.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bu barədə görüşdən əvvəl keçirilən mətbuat konfransında bildirib.
"90 milyard avroluq kreditimiz Ukraynanın 2026 və 2027-ci illər üçün ehtiyaclarının üçdə ikisini ödəyir və Ukraynanın tərəfdaşlarından daha üçdə bir hissəni gözləyirik. Bu məsələni burada, sammitdə müzakirə edəcəyik", - deyə o bildirib.
Von der Leyen təsdiqləyib ki, Aİ-dən 90 milyard avroluq kreditin bir hissəsi olaraq 9 milyard avroluq ilk tranş ayın sonuna qədər Kiyevə köçürüləcək və Brüssel "artıq Ukraynanın növbəti qışdan necə sağ çıxacağını müzakirə etməyə başlayır".
Avropa Komissiyası əvvəllər Ukraynanın 2026-2027-ci illər üçün hərbi ehtiyaclarını 135 milyard avro olaraq qiymətləndirmişdi.
Musavat.com






