İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağstafada baş vermiş qəzanın TƏFƏRRÜATI - VİDEO

756 28.01.2024 18:37 Kriminal A A

Ağstafada yolun buz olması səbəbindən 14 yük maşınının toqquşduğu zəncirvari qəzanın təfərrüatı məlum olub.

Bu barədə Baku TV-nin hazırladığı süjetdə deyilir.

Sürücünün sözlərinə görə, yol sürüşkən olub:

"Hər yer buz bağladığı üçün gələn maşınlar sürüşürdü. Yola duz tökülsəydi, qəza baş verməyəcəkdi".

Qeyd edək ki, hadisə yanvarın 27-si axşam saatlarında Bakı-Qazax-Qırmızı körpü avtomagistralının Ağstafa rayon Qarahəsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza nəticəsində iki Türkiyə vətəndaşı - 54 yaşlı Bekar Atəş və 34 yaşlı Ramazan Taş xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxş hesab edilir.

Xatırladaq ki, yük maşınları əsasən Rusiyadan ölkəmizə, oradan da Türkiyə marşrutu üzrə hərəkət edirmiş. Hadisə yerinə Ağstafa Rayon Polis Şöbəsinin, eləcə də Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əməkdaşları cəlb olunub. Qırmızı körpü istiqamətində yolun hərəkət zolağı bağlandığından nəqliyyatın hərəkəti alternativ istiqamətdə yönləndirilib. Faktla bağlı araşdırma aparılır.

Ətraflı süjetdə:

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR