İnsanlara hürriyət, millətlərə istiqlal!

AĞIR QƏZAda ayaqları qırılan azərbaycanlı məşhurun SON HALI FOTO

1921 25.04.2022 13:30 Şou-biznes A A

2021-ci ili noyabr ayında Bakı-Şamaxı yolunda ağır qəza keçirən müğənni Baba Dərələyəzlinin ötən şənbə ikinci dəfə ayaqlarından əməliyyat olunacağı barədə məlumat vermişdik.

Milli.Az-a verilən məlumata görə, qısa zamanda Azərbaycanda mahnıları ilə geniş tamaşaçı kütləsi toplamağı bacaran müğənni ötən şənbə ikinci dəfə əməliyyat olunub. B.Dərələyəzlinin saatlarca çəkən əməliyyatı uğurlu alınıb. Qısa zamanda Azərbaycanda mahnıları ilə geniş tamaşaçı kütləsi toplamağı bacaran müğənninin saatlarca çəkən əməliyyatı uğurlu alınıb.

Xatırladaq ki, bu qəza nəticəsində daxili orqanları yararsız hala düşən müğənni, ayağının da bir çox nahiyyəsindən aldığı sınıq xəsarətləri səbəbindən xeyli zaman idi ki, yerimək qabiliyyətini itirmişdi. Həkimlər Baba Dərələyəzliyə ən azı 2 ay ayağa qalxmağının mümkünsüz olduğunu desələr də müğənni bu çətinliyin öhdəsindən yaxınlarının yardımı ilə gəlməyə çalışıb. Lakin müğənnin yerimək üçün apardığı bu mücadilə ona baha başa gəlib. O, ikinci əməliyyat öncəsi Milli.Az-a açıqlamasında deyib:

"Ağrılarım şiddətli dərəcədə artıb, dözülməz ağrılar var. Məcbur qalıb yenidən həkimə müayindən keçmək üçün müraciət etdik. Müayinə zamanı məlum oldu ki, ayağımda qırılan, yararsız hala düşən sümüklərimin əvəzinə 7 saatlıq əməliyyat vasitəsilə yerləşdirilən dəmirlər yerindən qaçıb. Ağrılar da məhz bunun ağrılarıdır. Həkim dedi ki, yerimək istəyərkən ayaqlarının üzərinə çox ağırlıq düşüb, nəticədə həmin dəmirlər yerindən qaçıb. Şiddətli ağrılar bir an olsun belə səngimir. Həkim yenidən təcili əməliyyat olunmağımı bildirdi. Türkiyə və İranda əməliyyat olunmaq variantlarım var idi, lakin son anda ölkəmizdə çox savadlı professorlar tapdığımızdan bu əməliyyat elə Bakıda olunacaq. Bu gün əməliyyata girirəm. Ümid Allahdan...".

Qeyd edək ki, bu, ötən il Baba Dərələyəzlinin başına gələn ilk faciə deyildi. Belə ki, müğənni 2021-ci ildə iki ayın içində bir-birinin ardınca iki cavan qardaşını itirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR