İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağdamda müxtəlif təyinatlı döyüş texnikası, silah və sursat MÜSADİSƏ EDİLDİ

709 25.09.2023 15:14 Son xəbər A A

Ağdam rayonunun Qızıl Kəngərli kəndində Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus tank, piyadanın döyüş maşınları (PDM), hərbi avadanlıqlar, xeyli sayda artilleriya mərmiləri, tank əleyhinə vasitələr, minaatanlar, müxtəlif çaplı silah və sursat müsadirə edilib.

Bu barədə Musavat.com-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, bölgədə silah, sursat və döyüş texnikasının müsadirəsi davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR