İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Ev Baydenə qarşı impiçment işinə xitam verməyə çağırır

478 15.03.2024 18:38 Dünya A A

Ağ Evin hüquq müşaviri Edvard Siskel martın 15-də səhər ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Consona məktub göndərərək prezident Co Baydenə qarşı impiçment təhqiqatının dayandırılmasını tələb edib.

Musavat.com xəbər verir ki, bu barədə martın 15-də “The Washington Post” həmin məktuba istinadla məlumat yayıb.

Siskel məktubunda işi bitmiş hesab etdiyini və Konqresə ölkə üçün daha vacib məsələlərə diqqət yetirməyi təklif etdiyini bildirib.

“Mən sizə bu gün ona görə yazıram ki, Respublikaçılar partiyasının Palatadakı nümayəndələrinin başlatdığı impiçment başa çatıb. Konqresdəki əksəriyyət prezidentlə iqtisadiyyat, milli təhlükəsizlik və Amerika xalqı üçün digər mühüm prioritetlər üzərində işləməli və bu cür şıltaqlıqlara vaxt itirməyə son qoymalıdır”, – qəzet Ağ Ev məsləhətçisinin məktubundan sitat gətirir.

Siskel yazıb ki, toplanmış məlumatlar yalnız "əslində prezidentin heç bir səhv etmədiyini" sübut edir. O, həmçinin yazıb ki, impiçment sorğusunun nəticələri respublikaçıların gözlədiyinin əksi olub. “İrəli getməyin vaxtıdır, cənab spiker. İmpiçment başa çatıb”, - deyə məktubun müəllifi yekunlaşdırıb.

Hazırda ABŞ Konqresinin Nümayəndələr Palatasına nəzarət edən Respublikaçılar partiyası prezident Co Baydenə qarşı impiçment araşdırması aparır. Prezidentin qardaşı və oğlunun maliyyə işləri ətraflı öyrənilir.

Dekabrın 14-də ABŞ Konqresinin Nümayəndələr Palatası ABŞ liderinin impiçmenti ilə bağlı əlavə təhqiqat aparılmasını tələb edən qətnaməni təsdiqləyib. Elə həmin gün Bayden belə bir araşdırmanın Konqresdəki Respublikaçılar partiyasının nümayəndələrinin “siyasi hiyləsi” olduğunu söylədi.

Sentyabrın 12-də ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Kevin Makkarti Nümayəndələr Palatasının komitəsinin ABŞ prezidentinə qarşı impiçment prosesi çərçivəsində rəsmi araşdırmaya başladığını bəyan edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR