İnsanlara hürriyət, millətlərə istiqlal!

AFFA hərəkətə başladı - Rövnəq Abdullayev rəhbərliyi Gəncəyə yığır

946 28.02.2024 14:57 İdman A A

AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclasının vaxtı məlum olub.

Federasiyanın ali orqanı martın 1-də bir araya gələcək.

Tədbir Gəncədə keçiriləcək. AFFA rəhbərliyi sabah - toplantıdan 1 gün öncə Nizami yurduna yollanacaq.

Yığıncaq bir növ qarşıdakı hesabat-seçki konfransına hazırlıq məqsədi daşıyır. Nizamnaməyə görə, hər 4 ildən bir federasiyanın prezidenti postuna seçkilər keçirilməlidir. Budəfəki seçim mart ayına təsadüf edəcək. Yenə nizamnaməyə görə, seçkilərin tarixi İK tərəfindən müəyyənləşdirilməlidir.

Qanun-qayda tələb edir ki, komitə ən azı 15 gün öncədən seçkinin vaxtını açıqlamalıdır. İcraiyyə Komitəsi hələ yanvarda yığışmalı idi. AFFA rəsmi saytı vasitəsilə bu barədə məlumat yaymışdı.

Onda da toplantı Gəncədə təşkil olunmalı idi. Gəl ki, iclasa 1 gün qalmış bütün planlar dəyişdi, federasiya mənsubları yarıyoldan geri qayıtdı.

Verilən açıqlamalarda Rövnəq Abdullayevin səhhətinin pisləşməsi qeyd edildi, əslində isə səbəb başqa idi - müəyyən dairələr AFFA prezidentinə komitə üzvlərini bir yerə yığmağa icazə verməmişdi. (sportinfo.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR