İnsanlara hürriyət, millətlərə istiqlal!

AFFA 4 komandaya texniki məğlubiyyət verdi

932 07.03.2024 21:13 İdman A A

AFFA İntizam Komitəsi aşağı yaş qrupları üzrə Azərbaycan çempionatında çıxış edən 4 komandaya texniki məğlubiyyət verib.

Bunlardan ikisində komandalardan biri təyin edilən vaxtda meydana çıxmayıb, ikisində isə heyətdə yetərsay olmayıb.

U-10 Liqasında “Lokomotiv” (Ucar) – “Kürdəmir” görüşündə birincilər, U-11 Liqasında “Aran” (Şirvan) - “Hacıqabul-Şərq” matçında isə ikincilər təyin olunan vaxtda meydanda olmayıblar.

U-10 Liqasında “Metak”la görüşdə “Şahdağ”ın, “Universal” FA ilə qarşılaşmada isə “Modern”in heyətində yetərsay olmayıb.

Nəticədə AFFA İntizam Komitəsi “Lokomotiv”, “Hacıqabul-Şərq”, “Şahdağ” və “Modern”ə 0:3 hesablı texniki məğlubiyyət verib.//Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR