İnsanlara hürriyət, millətlərə istiqlal!

Afət Fərmanqızı: "Flora Kərimova məhkəmədə deyib ki, guya... "

1570 27.03.2022 14:38 Şou-biznes A A

"Flora Kərimova məhkəməni aldadaraq deyib ki, guya mənim "Pəncü şeş" adlı mahnıma rəsmi olaraq efirlərdə qadağa qoyulub".

Bu sözləri müğənni Afət Fərmanqızı Musavat.com-a açıqlamasında bildirib. Müğənni illər öncə və indi də belə bur qadağanın olmadığını deyib:

"Xatırlayırsınızsa 2019-cu ildə saytların biri "etibarlı mənbələrə istinad etdiyini" iddia edərək yazmışdı ki, guya "Afət Fərmanqızının "Pəncü şeş" mahnısına efirlərdə rəsmi qadağa qoyulub". Daha sonra jurnalistlər məsələ ilə bağlı o vaxtkı MTRŞ-a (Milli Televiziya və Radio Şurası) zəng edərək məsələyə aydınlıq gətirməyə çalışanda qurumdan bildirmişdilər ki, "belə bir qadağa yoxdur".

İndi də Flora Kərimova ya bilərəkdən, ya da bilməyərəkdən məhkəməyə deyib ki, guya mənim adı çəkilən mahnıma rəsmi qadağa qoyulub. Necə qadağa qoyula bilər ki, illərdir bu mahnını efirlərdə səsləndirirəm. Hətta iki ay öncə Tolikin (Tarix Əliyev) verilişində ifa etdim. Halbuki efirə başqa mahnı aparmışdım, amma onlar məndən "Pəncü şeş"i oxumağımı istədilər. Efirlərdə həmişə bu mahnımı istəyirlər".

Qeyd edək ki, 2019-cu ildə Afət Fərmanqızının hind musiqisi üzərində İmaməddin Nəsiminin "Sığmazam" qəzəlinə "Pəncü şeş" oxuması səs-küy yaratmışdı. Mahnının efirlərdə rəsmi qadağan olunması ilə bağlı məlumat yayılsa da MTRŞ-nın o vaxtkı aparat rəhbəri Asəf Hacıyev mətbuata açıqlama verərək, məlumatı təkzib etmişdi.

Onu da xatırladaq ki, bir müddət bundan əvvəl Xalq artisti Flora Kərimova şərəf və ləyaqətinin alçaldılması, ailəsinin təhqir olunduğunu iddia edərək, müğənni Afət Fərmanqızını məhkəməyə verib. Qarşı tərəf də eyni iddia ilə Xalq artistinin özünü məhkəməyə verib.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR