İnsanlara hürriyət, millətlərə istiqlal!

Adriana Lima görünüşünü kökündən dəyişdi - FOTO

934 16.11.2023 02:53 Şou-biznes A A

Braziliyalı supermodel Adriana Lima xarici görkəmini tanınmaz dərəcədə dəyişib.

Sfera.az bildirir ki, o, İnstaqram səhifəsində yeni görüntüsündə fotolar yayımlayıb.

Adriana Iima Los-Ancelesdə “Aclıq oyunları: Nəğər quşları və ilanların balladası” filminin premyerasına qatılıb.

Modelin əvvəlki fotoları və son görünüşü müqayisə edilərsə, arıqlamaqdan əlavə, üz quruluşu da xeyli dəyişib.

Adriananın üz gərmə əməliyyatı etdiyi düşünülüb. Onun göz forması, yanaq sümükləri və burnu köklü şəkildə dəyişib. Bəziləri isə bunu, modelin çəki atması ilə əlaqələndiriblər.

Qeyd edək ki, Adriana tədbirə həyat yoldaşı və dörd qızı ilə birlikdə qatılıb.

Model “Ferragamo” brendinin 2023-cü ilin payız-qış kolleksiyasından paltar geyinib. Tısbağalı mini paltar qara rəng və parlaq qırmızı əlavələrdən ibarətdir. Paltarın uzun qolları və ətəyində böyük bükülmə var.

“Victoria's Secret” mələyi görünüşünü parlaq qırmızı ayaqqabılarla tamamlayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR