İnsanlara hürriyət, millətlərə istiqlal!

Adil Əliyev növbəti dəfə seçicilərlə görüşdü FOTO

624 16.03.2024 18:21 Ölkə A A

Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev 16 mart tarixində Milli Məclisə deputat seçildiyi Nərimanov rayonu 20 saylı II seçki dairəsinin ərazisində seçicilərlə görüşüb.

Musavat.com xəbər verir ki, seçicilərlə görüşərək söhbət edən sədr müavini vətəndaşları maraqlandıran mövzular ətrafında geniş müzakirələr aparıb.

Habelə, vətəndaşların müxtəlif mövzulara həsr olunmuş müraciətlərini dinləyib. Müraciətlərin həlli istiqamətində müvafiq addımlar atılıb.

Eləcə də, seçicilərin övladları ilə görüşən vitse-spiker onlarla vətənpərvərlik mövzusunda diskussiya aparmış, milli-mənəvi dəyərlərin vacibliyi kimi mühüm mövzulara toxunmuşdur. Gələcək nəslin tərbiyəsində cəmiyyətin fəal iştirakına diqqət çəkərək, bu sahədə atılan addımların zərurətini eləcə də hər birimizin əsas vəzifəsi olmasını bildirib.

Vitse-spiker seçiciləri qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etmiş, bu bahar bayramının xalqımıza firavanlıq, əmin-amanlıq gətirməsini arzulayıb.

İştirak edən seçicilər səmimi görüşə görə öz minnətdarlıqlarını bildirmiş, görüşün sonunda xatirə şəkli çəkdirilmişdir.

Novruz bayramı münasibətilə gənclərə idman dəstləri, eləcə də, seçicilərə sovqatlar paylanıb.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR