İnsanlara hürriyət, millətlərə istiqlal!

AÇIQLANDI! Ermənistan bölgəyə əlavə qüvvə yığır, Ordumuz sərhəddə post qurur - Fuad Abbasovla CANLI

1138 30.03.2023 14:47 Son xəbər A A

Ermənistan tərəfi Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir. Beynəlxalq təşkilatları Azərbaycana dəvət etmək və ölkəmizin daxili işlərinə qarışmaq əvəzinə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın Baş naziri Nikol Paşinyanın hökumətin iclası zamanı səsləndirdiyi fikirlərlə bağlı medianın sualına cavabında deyib.

“Ermənistanın son həftələrdə Azərbaycana qarşı təcavüzkar ritorikanı artırması, 5 və 20 mart tarixlərində silahlı qüvvələrimizə qarşı təxribatlara yol verməsi və bölgəyə əlavə qüvvələr yığması bir faktdır. Həm 30 illik işğal dövründə, həm də 2020-ci ildən sonra Ermənistanın hər təxribata hazırlaşmazdan əvvəl bütün məsuliyyəti Azərbaycan üzərinə atması və təxribatlara yol verməsi hər kəsə məlumdur”, - o qeyd edib.

Hərbi ekspert Elxan Şıxəliyevin sözlərinə görə, nəzarət-buraxılış məntəqəsi ilkin mərhələdə Rusiya sülhməramlıları ilə birgə təşkil olunacaq: “2025-ci ildən sonrakı mərhələdə bu məntəqə birtərəfli qaydada Azərbaycan tərəfinə keçəcək. Biz siyasi və hərbi olaraq strateji hədəflərimizə yaxınlaşırıq.

Görünən odur ki, Azərbaycanın siyasi iradəsi bu nəzarət- buraxılış məntəqəsinin qurulması və sərhəddəki boşluqların nəzarətə götürülməsi üzərində idi. Bu gün etibarilə Silahlı Qüvvələrimiz bunu təmin etmiş sayılırlar”.

TVMusavat-ın “Həftə içi” verilişində MisraTV rəhbəri Fuad Abbasovla Qarabağdakı antiterror əməliyyatlarını müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR