İnsanlara hürriyət, millətlərə istiqlal!

“Açılan yeni sirr budur ki, Qarabağ erməniləri artıq...” - Manukyan

1880 02.05.2023 19:45 Region A A

“Artıq Qarabağ erməniləri ABŞ tərəfindən Azərbaycan daxilində etnik azlıq kimi qəbul edilir”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin iclasında deputat Qeqam Manukyan deyib.

Siyasətçi Azərbaycanın Laçın yolunun başlanğıcında, Ermənistanla sərhəddə qoyduğu keçid-buraxılış məntəqəsini tam gücləndirdiyini, pasport yoxlamalarına başladığını bildirib:

“Məsələ budur ki, danışıqlardan sonra ABŞ Dövlət Departamenti müzakirə mövzularından birinin iki ölkənin etnik azlıqlarının hüquqları məsələsi olduğunu açıqladı. Açılan sirr budur ki, bu gün Qarabağ erməniləri əslində Azərbaycanda etnik azlıqdır”.

Manukyan Ermənistan Baş naziri Nikol Paşinyan və separatçıların başçısı Araik Arutyunyanın baş verənləri razılıqla qarşıladıqlarını iddia edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR