İnsanlara hürriyət, millətlərə istiqlal!

Abşeron rayonunda vətəndaş qəbulları keçirilib   FOTO

565 29.04.2022 19:13 Sosial A A

 

Abşeron Rayon İcra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rayonun Aşağı Güzdək qəsəbə sakinlərilə səyyar qəbul-görüşü keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.

İştirakçılar əvvəlcə Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medallarına layiq görülən şəhid Məcidov Səbuhi Ağalətif oğlunun xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə yeni inşa olunan abidə bulaq kompleksinin isatifadəyə verilməsi tədbirinə qatılıblar. Şəhidimizin doğum gününə təsadif edən mərasimdə bildirilib ki, abidə-bulaq kompleksi şəhidin adını daşıyan küçənin əvvəlində inşa olunub.
 

Tədbirdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qələbəsi ilə nəticələnən Vətən Müharibəsində şəhidlərimizin keçdiyi döyüş yolundan danışılmış, Səbuhi Məcidovun vətənə göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilmiş, məktəblilər xalqımızın zəfərinə, vətənpərvərliyə aid şeirlər səslədirilib, bədii kompozisiya təqdim edilib.

RİH başçısı Abdin Fərzəliyev daha sonra şəhid ailələri ilə görüşmüş, onların qayğıları və problemləri ilə maraqlanıb.

Sonra Aşağı Güzdək qəsəbə tam orta məktəbində baş tutan səyyar qəbulda Abdin Fərzəliyev çıxış edərək bu səpkili görüşlərin mütəmadi olaraq keçirildiyini və sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində müvafiq tədbirlər görüldüyünü bildirib.

Daha sonra çıxış edən sakinlər qəsəbənin mərkəzi prospektinin  yenidən qurulmasına, asfalt örtüyünün yenilənməsinə və abadlıq-quruculuq işlərinin həyata keçirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini ifadə ediblər. Sakinlər qəsəbənin yeni yaşayış massivlərində məktəb və bağça binalarının inşa olunmasında, parkın yaradılmasında, qəzalı vəziyyətində olan qəsəbə məscidinin sökülüb yenidən tikilməsində, stadionun təmir olunmasında və idman zallarının yaradılmasında, daxili küçələrin işqlandırılmasında köməklik göstərilməsini xahiş ediblər.

Növbəti gün isə Abşeron Rayon İcra Hakimiyyətində ənənəvi vətəndaş qəbulu keçirilib. Qəbulda RİH başçısı Abdin Fərzəliyev, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak edib.

Tədbirdə sakinlər rayon ərazisində bəzi küçələrə şəhidlərin adlarının verilməsində, işə düzəlməkdə, kənd  və qəsəbələrdə daxili küçələrin abadlaşdırlmasında və eləcə də digər məsələlərin həllində köməklik göstərilməsini xahiş ediblər.

Sakinlər tərəfindən qaldırılan məsələlər yerindəcə həll olunub, müəyyən vaxt tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR