İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ yığması DÇ-2022 üçün Qətərə gedən ilk komanda olub

834 11.11.2022 12:55 İdman A A

Futbol üzrə dünya çempionatı üçün Qətərə gedən ilk komanda bəlli olub.

"Report" "Gulf News"a istinadən xəbər verir ki, ABŞ millisi paytaxt Dohaya çatıb.

İngiltərə "Çelsi"sində çıxış edən yığmanın kapitanı Kristian Pulişiç və bir neçə oyunçu liqalar davam etdiyi üçün kollektivə qoşulmayıblar.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. ABŞ Uels, İran və İngiltərə ilə birlikdə B qrupunda mübarizə aparacaq. Komanda noyabrın 21-də Uelslə üz-üzə gələcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR