İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ yeni bombardmançı təyyarəsini təqdim etdi: Nüvə zərbələri endirə biləcək

1122 24.05.2024 03:59 Dünya A A

ABŞ Hərbi Hava Qüvvələri özünün ən yeni "görünməz" bombardmançı "B-21 Raider"i təqdim edib. Təyyarənin uçuş sınaqları davam edir.

Pentaqon "Raider"i 2022-ci ilin dekabrında ictimaiyyətə təqdim edib. Təxminən bir il sonra, 2023-cü ilin noyabrında, təyyarə nəhayət çoxdan gözlənilən ilk uçuşunu həyata keçirib. Yerüstü və uçuş sınaqları müvəffəqiyyətlə başa çatdıqdan sonra kütləvi istehsala başlamaq qərara alınıb.

Ordu bu təyyarələrdən ən azı 100 ədəd istehsal etməyi planlaşdırır. ABŞ rəsmilərinin sözlərinə görə, "Raider"in tədricən "B-1B Lancer" və "B-2 Spirit" bombardmançılarını əvəz edəcəyi gözlənilir.

Qeyd edilir ki, bombardmançı həm adi, həm də nüvə zərbələri endirmək iqtidarında olacaq.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR