İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ yenə narahatdır - Bu dəfə Gürcüstandan...

615 11.05.2024 18:22 Dünya A A

Gürcüstanın demokratik prinsiplərdən geri çəkilməsi Birləşmiş Ştatları dərindən narahat edir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan özünün X mikrobloqunda yazıb.

Sallivanın yazdığına görə, Gürcüstan “Kreml tipli” xarici agentlər haqqında qanun layihəsini dəstəkləmək və ya dəstəkləmək arasında seçim etməlidir.

“Gürcüstan parlamentariləri kritik seçim qarşısındadır - gürcü xalqının Avro-Atlantik istəklərini dəstəkləmək və ya demokratik dəyərlərə zidd olan Kreml tipli xarici agentlər haqqında qanun qəbul etmək. Biz gürcü xalqını dəstəkləyirik”, - deyə o əlavə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR