İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Aİ Rusiya ilə Macarıstanın yaxınlaşmasını əngəlləyə bilmir

685 23.05.2024 13:13 Dünya A A

ABŞ və Avropa İttifaqı Moskva ilə Budapeştin yaxınlaşmasının qarşısını necə ala biləcəklərini bilmirlər.

Musavat.com xəbər verir ki, bu barədə “Politico” qəzetinin Avropa nəşrində dərc olunan materialda deyilir.

Nəşrin yazdığına görə, Brüssel və Vaşinqton Rusiya-Macarıstan əməkdaşlığının inkişafından məyus olsalar da, “görünür, onlar bu yaxınlaşmanı necə dayandıracaqlarını anlamırlar”.

“Politico” iki ölkə arasında artan qarşılıqlı əlaqələrin sübutlarından biri kimi Rusiyanın Budapeştdəki səfirliyinin əməkdaşlarının sayının artırılmasını göstrir. Bu, Moskvanın digər Aİ ölkələrində diplomatik nümayəndəliklərində ixtisar aparılması fonunda baş verir.

Qəzet hesab edir ki, Rusiya ilə Macarıstan arasında münasibətlər hələ Ukraynada müharibə başlamazdan əvvəl inkişaf etmişdi, lakin o qədər də dərin deyildi. Eyni zamanda, Macarıstanın həm Rusiya Federasiyası, həm də Çinlə iqtisadi əməkdaşlığı dərinləşdirməyı düşünən baş naziri Viktor Orban, nəşrə görə, Budapeştin "qlobal qərarların qəbulunda böyük söz sahibi olacağına" ümid edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR