İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ukraynaya ondan aldığı silahlarla Rusiya ərazisini vurmağa icazə verdi

603 29.05.2024 20:01 Dünya A A

Ukraynanın Rusiyaya qarşı hərbi əməliyyatları necə aparacağını seçmək hüququ var.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culian Smit Ukraynaya Amerika silahlarından istifadə etməklə Rusiya ərazisindəki hədəflərə zərbələr endirmək üçün qoyulan məhdudiyyətləri şərh edərkən deyib:

“Düşünürəm ki, ABŞ dövlət katibi Antoni Blinken və başqaları açıq şəkildə bildirdilər ki, bu, son nəticədə Ukraynanın müharibəsidir, işğalçı ilə necə mübarizə aparacağına o qərar verir, biz bunu onların ixtiyarına buraxırıq”.

Eyni zamanda Smit qeyd edib ki, Ukraynanın Rusiyanı Amerika silahları ilə vurmaq hüququ ilə bağlı "təzə xəbərləri" yoxdur.

Qeyd edək ki, artıq on Qərb ölkəsi Kiyevə onlardan aldığı silahlarla Rusiya ərazisinə zərbələr endirməyə icazə vermişdi. Bunlara Böyük Britaniya, Latviya, Litva, Hollandiya, Polşa, Finlandiya, Fransa, Çexiya, İsveç və Estoniya daxildir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR