İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ səfirliyindən diplomatlara və vətəndaşlara çağırış: “Getməyin”

1488 19.09.2023 22:50 Gündəm A A

ABŞ-ın Ermənistandakı səfirliyi diplomatik missiya işçilərini və onların ailələrini “vacib olmayan səyahətlərdən” çəkinməyə çağırıb. Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

Müraciətdə konkret ərazilər göstərilib:

Tavuş rayonu M4 şossesi boyunca İcevandan şimala və şərqə doğru bütün ərazilərə;

Göyçə gölünün şərqindəki Göyçə bölgəsinə;

Göyçə rayonu Göyçə gölünün cənubunda və M10 şossesinin şərqinə;

Vedi rayonunun Arazdəyən kəndinə;

Vayots Dzor bölgəsinə; Zəngəzur rayonuna. Bildirilir ki, Qarabağa səyahət də qadağandır.

“Səfirlik vəziyyətin sürətlə inkişaf etdiyini başa düşür və onu yaxından izləməyə davam edir. ABŞ vətəndaşları Ermənistan və Azərbaycan arasındakı bütün beynəlxalq sərhədlərin yaxınlığında ehtiyatlı davranmağa davam etməli və Qarabağ münaqişəsi zonası və təmas xəttinə yaxın səfərlərdən çəkinməlidirlər. ABŞ hökuməti Qarabağda və onun ətrafında olan ABŞ vətəndaşlarına təcili yardım göstərə bilməz, çünki giriş məhduddur”, - deyə departamentin saytında yerləşdirilən bəyanatda qeyd bildirilir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR