İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ rəsmisindən ŞOK AÇIQLAMA: “İrana zərbələr endirə bilərik”

1223 26.05.2022 00:45 Gündəm A A

Lazım gələrsə, ABŞ İranı cilovlamaq üçün zərbələr endirməyə hazırdır.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmisi, ölkənin İran üzrə xüsusi nümayəndəsi Robert Melli Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı deyib.

“Biz İranın sabitliyi pozan davranışlarına yönəlmiş sanksiyaları tətbiq etməyə davam edəcəyik. Bundan başqa, biz İsraillə, Fars körfəzindəki tərəfdaşlarımızla, avropalılarla müdafiə xətlərimizi gücləndirmək, dinamik şəkildə regionda qüvvələr yerləşdirmək, o cümlədən uzun mənzilli bombardmançı təyyarələrin uçuşlarını həyta keçirmək, dəniz təhlükəsizliyini təmin etmək üçün çalışırıq.

Bütün bunlar İranın öz pilotsuz uçuş aparatlarını, ballistik raketlərini, hərbi avadanlığını silahlı qruplara və qeyri-dövlət subyektlərinə daşımaq imkanını məhdudlaşdırmaq və bu yolla əldə edilən maliyyə axınını kəsmək, həmçinin, lazım gələrsə, müdafiə zərbələri endirmək, İranı, tərəfdaşlarını və onun əli ilə fəaliyyət göstərən qüvvələri bizə hücum etməkdən çəkindirmək məqsədi daşıyır”, - deyə Melli bildirib.

Toğrul İSMAYIL,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR