İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ proqnozlarını açıqladı: Yeni mövsümdə dünyada buğda istehsalı...

928 10.05.2024 23:42 Dünya A A

2024-2025-ci il mövsümündə Rusiyada buğda istehsalı 88 milyon ton, ixracı isə 52 milyon ton təşkil edəcək.

Musavat.com xəbər verir ki, nbu proqnozla ABŞ Kənd Təsərrüfatı Nazirliyi çıxış edib.

Rusiyanın ən yaxın rəqibi olan Aİ-nin buğda ixracı ilə bağlı proqnoz isə 34 milyon tondur.

Rusiyada yem taxılının istehsalı proqnozu 41,53 milyon ton, ixracı 10,65 milyon ton təşkil edir. Qarğıdalı məhsulu 16 milyon ton, ixracı isə 5,2 milyon ton qiymətləndirilir.

ABŞ Kənd Təsərrüfatı Nazirliyi öz proqnozlarında Krım və Ukraynadan ilhaq edilən digər ərazilərə dair məlumatları nəzərə almır.

Nazirliyə görə, yeni kənd təsərrüfatı ilində qlobal buğda istehsalı 798,19 milyon ton, yemlik taxıl 1 milyard 512,62 milyon ton, qarğıdalı 1 milyard 219,93 milyon ton səviyyəsində qiymətləndirilir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR