ABŞ ordusu İrana qarşı beş saat davam edən daha bir seriya zərbələr endirib.
Musavat.com ABŞ ordusunun Yaxın Şərqdəki Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına istinadən xəbər verir ki, ABŞ qüvvələri Hörmüz boğazından keçən ticarət gəmilərinə hücum qabiliyyətini zəiflətmək üçün İranın hərbi komandanlıq mərkəzlərinə, dəniz obyektlərinə, raket və pilotsuz uçuş aparatlarının buraxılış məntəqələrinə və hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib:
“Amerika qüvvələri ayıq-sayıqdır və boğazdan sərbəst və açıq keçid istəyən mülki dənizçilərə qarşı əsassız təcavüzünə görə İranı məsuliyyətə cəlb etməyə hazırdırlar”.
Həmçinin qeyd olunur ki, bu vacib beynəlxalq dəniz dəhlizi vasitəsilə ticarət gəmilərinin tranziti davam edir: "May ayının əvvəlindən bəri Mərkəzi Komandanlıq qüvvələri təxminən 900 ticarət gəmisinin və 450 milyon barel xam neftin tranzitini dəstəkləyib".
Musavat.com






