İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ niyə Çinə vasitəçi kimi etimad göstərmir?

502 13.06.2026 12:05 Dünya A A

ABŞ-la İran arasında gərginliyin azaldılması istiqamətində aparılan diplomatik səylər hələ ki, nəticə vermir. İndiyədək əsas vasitəçi kimi çıxış etməyə çalışan Pakistan tərəfləri bir masa ətrafında toplamağa çalışsa da, bu təşəbbüslər uğursuz olub. İndi isə Tehran yeni bir variantı gündəmə gətirir. İran rəsmilərinin son açıqlamaları göstərir ki, rəsmi Tehran ABŞ-la münasibətlərdə Çinin vasitəçi rolunu nəzərdən keçirir.Lakin bu ideyanın reallaşması nə dərəcədə mümkündür? Vaşinqton Pekinin vasitəçiliyini qəbul edərmi? Yoxsa ABŞ-Çin rəqabəti belə bir ssenarini əvvəlcədən dalana dirəyir? Dgər tərəfdən, Hörmüz boğazı ətrafında artan gərginlik, Çinin enerji təhlükəsizliyi maraqları və Vaşinqton-Pekin münasibətlərində yaşanan yeni kəşfiyyat qalmaqalları fonunda bu təşəbbüs nə qədər real görünür?

Picture backgroundMövzu ilə bağlı "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb:

Politoloq deyib ki, İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının katibi Dehqani Firuzabadi ISNA xəbər agentliyinə verdiyi müsahibədə Çinin Vaşinqton və Tehran arasındakı münaqişənin həllində zamin rolunu öz üzərinə götürə biləcəyini söyləyib:."Pekin vasitəçi olmağa hazırdır. Bu Çinin bölgədə artan roluna işarə olar. Ancaq Pekinin vasitəçiliyini Vaşinqton qəbul etməyəcək. Çünki, Vaşinqton Pekinin Tehranı dəstəyindən narazıdır. Vaşinqtonda hesab edirlər ki, Çinin İrana dəstəyi olmasa, Tehran rejimi tez çökər və ABŞ-ın şərtlərini qəbul edər. Həqiqətən İrandakı rejimin ABŞ-a məğlub olması Pekinin maraqlarına cavab vermir. ABŞ Venesuellanı nəzarətə götürdükdən sonra Çin bu Latın Amerikası ölkəsindən neft ala bilmir. Pekin eyni ilə İranın da bu şəkildə itirilməsindən qorxur. Pekin Hörmüz boğazının açılmasının tərəfdarı olsa da, bunun Tehranın Vaşinqton qarşısında güzəştə getməsi hesabına həll olunmasını istəmir. Dehqani Firuzabadi ISNA xəbər agentliyinə verdiyi müsahibədə Hörmüz boğazının İranın yeni strateji alət olduğu fikrini səsləndirib. O şərtlərin İranın Hörmüz boğazı üzərində suveren nəzarəti həyata keçirməyimizi tələb etdiyini bildirib. “Boğaz Tehranın təzyiq vasitələrindən biridir” – deyən iranlı rəsmi Hörmüz boğazının hüquqi taleyini İran və Oman müəyyən etdiyini vurğulayıb. Onun sözlərinə görə, İran Hörmüz boğazında milli təhlükəsizlik və beynəlxalq naviqasiya azadlığı arasında tarazlıq yaratmalıdır. Pekinin Tehranın bu yanaşmasına etirazı yoxdur. Halbuki Hörmüz boğazındakı vəziyyət neft bazarına mənfi təsir edir və Çin İranla yanaşı Körfəz ölkələrindən istədiyi həcmdə neft ala bilmir".

Picture backgroundPolitoloq qeyd edib ki, ABŞ-la Çin arasında yeni kəşfiyyat qalmaqalı da yaşanıb: "ABŞ, Birləşmiş Krallıq, Avstraliya, Kanada və Yeni Zelandiyadan ibarət olan kəşfiyyat alyansı Çin hərbi kəşfiyyat xidmətlərinin gizli məlumatları əldə etmək üçün müxtəlif sosial platformalarından istifadə etdiyinə dair bəyanat yayıb. ABŞ Ədliyyə Nazirliyi saxta konsaltinq saytları tərəfindən gizli məlumatlara çıxışı olan amerikalıları hədəf almaq üçün istifadə edildiyi iddia edilən domen adlarının müsadirə edildiyini açıqlayıb. İki ölkə arasında bu cür qalmaqallar yaşanarkən, Vaşinqtonun Pekinin hər hansı problemin həllində vasitəçiliyini qəbul edəcəyi problematikdir".

Xalidə Gəray
Musavat.com
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR