İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ mətbuatında Cənubi Qafqazla bağlı SENSASİON TƏHLİL- Azərbaycanı nə gözləyir?  

3052 08.06.2023 14:22 Siyasət A A

 

İsrail İrana qarşı Azərbaycanda iki “F-35” qırıcısını yerləşdirib?- İDDİA

Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması məsələsi Qərb analitiklərinin xüsusi diqqət mərkəzindədir.

Musavat.com xəbər verir ki, ABŞ-ın məşhur “Newsweek” jurnalında Yaxın Şərq Həqiqətləri Fondunun elmi əməkdaşı Cosef Epştayn tərəfindən mövzu ilə bağlı maraqlı yazı dərc olunub. Məqalədə Azərbaycanın Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasındakı rolu özəliklə vurğulanır və burada ona mane olan qüvvələrə, xüsusilə Rusiya və İranın dağıdıcı funksiyasına diqqət çəkilir. Məqalədə maraqlı və hətta sensasion faktlar yer alıb.

“Ermənistan Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımağı bəyan etməsi nəticəsində iki Cənubi Qafqaz ölkəsi arasında 30 ildir davam edən münaqişə nəhayət ki, sona çata bilər. Azərbaycan qalib gəlməklə öz ərazisinə nəzarəti bərpa edir və bu da böyük bir bölgədə sabitliyin təmin olunmasına gətirib çıxaracaq.

c178b8bab4e30e40aa94aeea0a0ece0f.jpg (386 KB)

Lakin Qafqazda sülh və sabitlik regionu şimal və cənubdan sıxan iki imperiyanın- İran və Rusiyanın marağında deyil. Hər iki ölkə, xüsusən də İran güclü və sabit Azərbaycanı təhlükə olaraq görür. Rəsmi Tehran Azərbaycanla İsrail arasında hərbi əməkdaşlıqdan, regional rəqibi Türkiyənin güclənməsindən və daxildə azərbaycanlılar arasında separatçı hərəkatın yüksəlməsindən olduqca narahatdır. Moskva isə öz növbəsində “sülhməramlı” rolunun bitməsindən sonra regionda təsirini itirməkdən qorxur. Həm İran, həm də Rusiya Xəzər nefti və qazının Azərbaycan vasitəsilə ötürülməsinin əleyhinədir. Çünki enerji qaynaqlarının Azərbaycan vasitəsilə nəqli belə bir dəhlizin iki ölkəni yan keçməklə qurulması anlamına gəlir.

Belə görünür ki, artıq İran öz  “narahatlığı”nı gizlətmir. İki həftə əvvəl Moskvada Azərbaycan və Ermənistan arasında sülh danışıqları planlaşdırıldığı zaman Azərbaycan rəsmiləri ölkə daxilində İran casus şəbəkəsini ifşa edib. Həmin qrup tanınmış şəxslərə və rəsmilərə sui-qəsd təşkil etməyi, dövlət çevrilişi həyata keçirməyi planlaşdırıb və “dini təbliğat”la məşğul olub. Bu, İran əleyhdarı azərbaycanlı siyasətçinin öldürülməsinə cəhddən cəmi bir, Azərbaycanın İrandakı səfirliyinə silahlı basqından isə dörd ay sonra baş verib. Üstəlik bütün bunlar ayrı-ayrılıqda götürülən hallar sayılmır. Son bir neçə ildə Tehran Azərbaycanda dini ekstremist İslami Müqavimət Hərəkatını yaratmaqla, burada “radikal ekstremist dini ideyaları” təbliğ etməklə, Azərbaycan torpaqlarında Qərb, İsrail və yerli yəhudi hədəflərinə qarşı sui-qəsdlər və terror aktları planlaşdırmaqla rəsmi Bakını sarsıtmağa çalışıb.

İranın Cənubi Qafqazda sabitliyi pozmaq cəhdləri diqqətdən kənarda qala bilməz. Azərbaycanın Ermənistanla münaqişədə qələbəsi təkcə Bakının deyil, İranın bir çox rəqiblərinin də qələbəsidir. Azərbaycan İranın mümkün ekspansiyasının qarşısını almaqda mühüm tərəfdaş sayılır və Tehranla hərbi qarşıdurmada həlledici rol oynaya bilər. Azərbaycan rəsmiləri İsrailin öz ərazisindən İranın nüvə obyektlərinə hücum etməyə icazə verəcəyini inkar edir. Lakin İsrail qaynaqları yəhudi dövlətinin məhz bu məqsədlə Azərbaycanda iki F-35 qırıcı təyyarəsini “daimi olaraq yerləşdirdiyini” xəbər edirlər.

426153704_0_47_2000_1178_1920x0_80_0_0_969a159c2ec19906f4c2475b3ffcc665.jpg (156 KB)

Bakının Qərblə tərəfdaşlığı İranla mübarizə ilə məhdudlaşmır. Qonşuları Gürcüstan və Ermənistandan fərqli olaraq, Azərbaycan böyük gəlir əldə etmək perspektivinə rəğmən, Rusiyaya Qərbin sanksiyalarından yayınmağa kömək etməyib. Ermənistana gəlincə, rəsmi İrəvan Rusiyanın qanadlı raketlərində və digər silah sistemlərində istifadə edilən çiplərin alınmasında, habelə İran dronlarının Rusiyaya ötürülməsində tranzit məntəqəsi rolunu oynayıb.

Azərbaycan isə bu məsələdə tamamilə əks mövqe tutub. Ötən yay rəsmi Bakı Polşa və Sudan vasitəsilə Kiyevə Ukrayna qırıcılarının istifadə edə biləcəyi dəqiq idarə olunan bombalar, həmçinin 92 mm-lik minaatan mərmiləri çatdırıb. Bundan əlavə, Azərbaycan Ukraynaya humanitar yardımın əsas tədarükçüsünə çevrilib, onun əsas dövlət enerji şirkəti SOCAR Ukraynanın təcili yardım maşınlarını pulsuz benzinlə təmin edib.

Rusiya siyasətində bu cür açıq mövqe iki amillə bağlıdır: Rusiyanın Ukraynaya qarşı müharibə səbəbindən gücünün azalması və 2020-ci il Dağlıq Qarabağ müharibəsindən sonra rəsmi Bakı tərəfindən daha sabit mövqe sərgilənməsi.

Tarixən Rusiya özündən əvvəlki Sovet İttifaqı kimi regiondakı etnik münaqişələrdə hər iki tərəfin özlərini  Moskvaya borclu hiss etməsi üçün onların arasında “sakitləşdirici” rolunu oynayıb. Lakin SSRİ dövründəki qüdrəti və imkanları qalmayan, hazırda başı sovet tipli müharibəyə qarışan Rusiya qonşularına diktə etmək qabiliyyətini xeyli itirib.

Azərbaycanın Rusiyanın enerji ixracına alternativ rolunu oynaması və bununla da Rusiyanın avropalılara qarşı əsas “kozır”ını zəiflətməsi rəsmi Moskvanı ayrıca qıcıqlandırır. Bakı-Tbilisi-Ceyhan neft kəməri Rusiyanın ətrafından keçir. Bundan əlavə, Xəzərin dibi ilə Türkmənistanı Azərbaycanla birləşdirəcək Transxəzər boru kəməri də Mərkəzi Asiya qazının Rusiya və İrandan yan keçməklə Avropaya nəqlini nəzərdə tutur.

war-over.jpg (105 KB)

Bütün bunları özünə təhdid olaraq görən iki böyük dövlət arasında qalan Azərbaycan öz sabitliyini təmin etmək üçün addımlar atmalıdır. Qarabağdakı etnik ermənilərin dinc və sivil inteqrasiyası Qərbin dəstəyini qazanmaq üçün çox vacibdir və Ermənistanla həqiqi barışıq yolunda ilk addım deməkdir. Bu məsələnin müvəffəqiyyətlə həll olunması Rusiya və İranın münaqişədən Azərbaycanı zəiflətmək üçün istifadə edə bilməyəcəyi deməkdir.

Belə bir perspektiv İran üçün qətiyyən məqbul sayılmır. İranın məqsədi indiki dünyəvi hökuməti devirmək və onun yerinə islamçı, anti-Qərb, anti-İsrail rejimi qurmaqdır. Tehran buna nail olsa, ABŞ, Avropa və İsrail enerji təchizatçısını, habelə İran ekstremizmi ilə mübarizədə və Rusiyanın təsirini cilovlamaqda əsas tərəfdaşını itirəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR