İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Kubaya yanacaq göndərmək istəyir

349 13.02.2026 09:52 Dünya A A

ABŞ Kubaya az miqdarda yanacaq göndərmək niyyətindədir.

Musavat.com xəbər verir ki, məlumatı "The Economist" bir neçə mənbəyə istinadən yayıb. Qəzet qeyd edir ki, bu, "su təchizatı infrastrukturunun fəaliyyətini təmin etmək üçün qaz və ya dizel yanacağı" ola bilər.

Nəşr qeyd edir ki, Vaşinqtonun adaya qarşı belə bir yumşaqlığı ABŞ dövlət katibi Marko Rubionun Kuba üzərində təsirini artıra və bununla da humanitar böhranın qarşısını ala bilər.

"The Economist"in yazdığına görə, hesab edir ki, adaya qarşı ABŞ-ın blokadasının gələcək gedişatı ABŞ diplomatiyasının rəhbərliyindən asılı ola bilər. Vaşinqton ümid edir ki, yanacaq blokadası Kuba hakimiyyətini danışıqlar masasına gətirməyə kömək edəcək. Lakin bu tədbirlər nəticə verməsə, "Rubio daha sərt mövqe tutmaq üçün böyük təzyiq altında qalacaq": "Lakin bu, ona qarşı əks təsir göstərə bilər. O, çox güman ki, ortaya çıxan humanitar böhranın, eləcə də Kuba "qayıq qaçqınlarının" yeni dalğasının ictimai siması ola bilər". 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR