İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-İran müharibəsinin "qiyməti" bilindi - Dəhşətli rəqəm...

1337 21.06.2026 15:55 Dünya A A

ABŞ-İran müharibəsi qlobal iqtisadiyyata 1 trilyon dollara başa gəlib.

Musavat.com xəbər verir ki, müxtəlif sahələrdə aparılan hesablamalar bu rəqəmi göstərir.

Belə ki, ABŞ tərəfindən başladılan və "Epik Qəzəb" adlandırılan 15 həftəlik ABŞ-İsrail müharibəsi ərzində minlərlə insan ölüb, İran 250 milyard dollara qədər ziyan çəkib. Amerikanın itkiləri və xərcləri 150 milyard dollardan çox qiymətləndirilir. Təkcə artan yanacaq qiymətləri amerikalılara təxminən 60 milyard dollar zərər vurub.

Hörmüz boğazının blokadası səbəbindən Brent markalı xam neft müharibədən əvvəlki 65 dollardan 126 dollara qədər yüksəlib. Bu, dünya üzrə benzin, hava səyahətləri, qida və sənaye məhsullarının qiymətlərinə təsir edib. Mart ayında ABŞ-da inflyasiya  4,2 faizə çatıb.

Kpler analitiklərinin fikrincə, böhran zamanı qlobal bazar təxminən 1,1 milyard barel neft itirib və bir neçə ölkədə strateji ehtiyatlar çoxillik minimum səviyyəyə düşüb.

Nəticə etibarilə, minlərlə ölüm, qlobal iqtisadiyyata trilyonlarla itki və bir neçə aylıq müharibədən sonra hər iki tərəf təxminən başladıqları yerə qayıdıb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR