İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın “öldürdüm” dediyi Zəvahiri kimdir? - İLGİNC DETALLAR

1712 02.08.2022 09:38 Maraqlı A A

ABŞ “Əl-Qaidə”nin lideri Ayman əl-Zəvahirini öldürdüklərini açıqlayıb. Kim idi əl-Zəvahiri, dünyanın ən təhlükəli terror təşkilatlarından birində hansı rolu vardı?

Musavat.com şərhçi-şərqşünas Kənan Rövşənoğluna istinadən xəbər verir ki, Misirin nüfuzlu ailələrindən birinin üzvü, Tibb Universiteti tələbəsi, babası səfir, atası professor olan Zəvahiri siyasi İslamın populyarlaşdığı dalğada bu hərəkata qoşulub:

“1981-ci ildə Ənvər Sədata sui-qəsdə görə həbs olundu və 3 il məhkum olundu. Onun məhkəmədə məşhur qəzəbli nitqi bütün dünyada yayılıb. Amma Mübarək onu azad etdi və Zəvahiri digər cihad tərəfdarları ilə birlikdə Əfqanıstanda SSRİ-yə qarşı cihad müharibəsinə qoşulmaq üçün getdi. Abdullah Azzam və o, daha sonra Usama bin Ladenin fikir ataları oldular. Qlobal cihad hərəkatı - “Əl-Qaidə” onların ideyası idi. Əslində bin Laden sadəcə varlı, gənc sponsor idi. Azzam Pakistanda sui-qəsd nəticəsində öldürülsə də, Zəvahiri uzun illər yaşadı və bin Ladendən sonra 11 il “Əl-Qaidə”yə rəhbərlik etdi”.

K.Rövşənoğlu bildirir ki, İŞİD sonrası “Əl-Qaidə”nin nüfuzu azalsa da, hələ də bir çox dünya ölkələrində tərəfdarları və silahlı qruplar var: “Ən güclü Suriyada (HTŞ) və Nigeriyadadır. Amma Filippindən Mərkəzi Afrikaya qədər çox ölkədə bir vaxtlar tərəfdarları var idi.

Siyasi İslamın radikal cihad hərəkatına və daha sonra təkfirçi cihadçılığa çevrilməsində bu adamların rolu və xidməti böyükdür. Baxmayaraq ki, Zəvahiri özü və “Əl-Qaidə” təkfirçi deyildi.

Amma hər bir halda Sədat sui-qəsdindən sonra siyasi islamçılığın radikallaşması bütünlükdə müsəlman aləmini geri atdı. Əlbəttə, burada kənar amillər də yetəri qədər rol oynadı”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR