İnsanlara hürriyət, millətlərə istiqlal!

"ABŞ-ın məqsədi Cənubi Qafqazda İran və Rusiya arasında hərbi-siyasi iştirakdır"- Siyasi şərhçi  

513 11.04.2024 13:26 Siyasət A A

"Ümumiyyətlə, Amerikanın və Fransanın Ermənistanla yaxınlaşması onu regional tərəfdaşları olan Rusiya və İrandan uzaqlaşdırır. Bu, Paşinyan hakimiyyətinin mahiyyəti ilə bağlıdır. Əslində, Paşinyana və qəribə  görünsə də, onun Qərb müttəfiqlərinə kiçilsə belə Qərb qalası Ermənistan lazımdır".

Bu barədə Musavat.com-a siyasi şərhçi Azər Hüseynov bildirib. O əlavə edib ki, Amerikanın məqsədi Cənubi Qafqazda İran və Rusiya arasında hərbi-siyasi iştirakdır:

WhatsApp Image 2024-04-11 at 14.01.10.jpeg (16 KB)

 “Amerikanın bu geosiyasi davranışları bir çox yerdə müttəfiq və tərəfdaş xəritəsini dəyişəcəkdir. Ona görə çox böyük ehtimal, bu bizim bölgəmizə də təsir edəcək. Ermənistan daha bir avantüraya girsə, artıq daha da kiçiləcək. Azərbaycana isə uyğundur ki, Ermənistanın Rusiya və İranla münasibətləri soyusun. Hətta Azərbaycan bu gedişdə İran və Rusiya ilə münasibətlərini daha da normallaşdıracaq. Çünki Rusiya və İran artıq Paşinyan hökumətinin əsl simasını görür. Təbii ki, bizim qara qaşımıza qara gözümüzə  görə deyil, öz maraqlarına görə hərəkət edəcəklər. Nə İrana, nə Rusiyaya yanları başında Amerika və ya Fransa lazımdır. Əslində, bizə də liberal dəyərsizlik təhlükədir. Ermənistanın "uzaqlarla" yaxınlaşması bizi də regionun oyunçuları ilə yaxınlaşdırar. Bunu istifadə etmək lazımdır".

Qeyd edək ki, ABŞ Ermənistana hərbi məsləhətçi və texnika göndərir. ABŞ-ın Ermənistandakı səfiri Kristina Quinn “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində Vaşinqtonla İrəvan arasında təhlükəsizlik və müdafiə ilə bağlı əməkdaşlığın müzakirə edildiyini deyib.

Səfir qeyd edib ki, ABŞ və Ermənistan arasına hərbi sahə üzrə aktiv müzakirələr aparılır. Onun sözlərinə görə, ABŞ-dan Ermənistana hərbi müşavir də göndəriləcək: “ABŞ-dan göndəriləcək məsləhətçi Ermənistan Müdafiə Nazirliyində əyləşəcək və hərbi potensialın artırılmasına kömək edəcək”.

Səfir Ermənistana hərbi texnikanın verilməsinin də müzakirə edildiyini diqqətə çatdırıb. “Ermənistanın hərbi sahədə nəyə ehtiyacı ola biləcəyi ilə bağlı davamlı müzakirələr aparırıq. Artıq bir neçə məsələdə razılığa gəlmişik. Bu müqavilələrdən birini qeyd edə bilərəm: Ermənistan münaqişə bölgəsinə daxil ola biləcək zirehli təcili yardım maşınları istədi. Biz bununla bağlı razılığa gəlmişik və hazırda bu texnikanın göndərilməsinin yolları üzərində işləyirik”, - o vurğulayıb. Səfir ABŞ nümayəndələrinin Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasına qoşula biləcəyini də istisna etməyib.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR