İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın İrana səbirli yanaşmasının əsl SƏBƏBİ  

849 01.02.2024 18:15 Siyasət A A

 

Yanvarın 28-də ABŞ Mərkəzi Komandanlığı iranpərəst qrupların pilotsuz təyyarələrin hücumu nəticəsində 3 amerikalı əsgərin öldüyünü, 34-nün isə yaralandığını bildirib. Pentaqon rəhbəri Loyd Austin İranın dəstəklədiyi silahlı qruplaşmalara "doğru zamanda, lazımı yerdə" cavab verəcəyini vəd edib. Məlumata görə, Şiə İraq İslami Müqavimət Hərəkatının döyüşçüləri İraqın şimalında Amerika və beynəlxalq qüvvələrin yerləşdiyi Əl-Hərir aviabazasına pilotsuz uçan aparatla zərbə endiriblər. Təşkilat Amerika bazasına zərbə endirməsini “düşmənin Qəzza zolağındakı cinayətlərinə cavab” kimi izah edib.

Ekspertlər ABŞ-ın hədə ritorikası ilə cavabını fərqli şərh edirlər.

W1siZiIsIjIwMjAvMDcvMDQvMTUvNDgv.jpg (38 KB)

Millət vəkili Aydın Mirzəzadə Musavat.com-a bildirib ki, ABŞ ilə İran arasında münasibətlərin gərgin olduğu bütün dünyaya məlumdur.  O vurğulayıb ki, ABŞ hərbi bazasının İran tərəfindən vurulması beynəlxalq ictimaiyyət tərəfindən çox böyük narahatlıqla qəbul edildi. O ki qaldı ABŞ-ın reaksiyasına, millət vəkili sualı belə cavablandırıb: “Cavabın nə olacağını ABŞ özü müəyyənləşdirir. Bu siyasi xarakterli cavab da ola bilər. Eyni zamanda hərbi cavabın verilməsi də mümkündür. Dünya bu gərginliyin dərinləşməsindən və digər ölkələri də özünə cəlb etməsindən narahatdır. Region kifayət qədər mürəkkəbdir, dünyanın düyün nöqtələrindən biridir. Burada baş verən hadisələr ilk növbədə enerji təhlükəsizliyi məsələsinə çox ciddi təsir edir. Xüsusilə, region dövlətləri vəziyyətin gərginləşməsindən narahatlıq keçirirlər. Çünki bu, qarşısıalınmaz, bir-birinə zərbələrin endirilməsi ilə davam edən müddətli yeni münaqişə yarada bilər. Onsuz da dünya hərbi münaqişlərdən doyub. Bunun qarşısını almaq üçün maksimum səy göstərilir. Dünyaya yeni münaqişə lazım deyil. Çox istərdik ki, tərəflər məsələni bu həddə çatdırmasınlar”.

 üüeüe.jpg (37 KB)

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə xatırladıb ki, ilk reaksiya ABŞ prezidenti Co Baydendən gəlib. O ABŞ-ın müharibə istəmədiyini, amma İranın cavabının veriləcəyini deyib. Ekspert bu cavabın hansı şəkildə veriləcəyinin hələ də bəlli olmadığına diqqət çəkib: “İran məsuliyyəti üzərindən atmağa çalışsa da, bu hücumu məhz İranın dəstəklədiyi, hətta yaratdığı proksi qüvvələrdən biri olan İraq İslam Müqaviməti qruplaşması  törədib. Hər halda ABŞ səbirlə cavab verməyə üstünlük verir. Zamanında general Süleymaninin törətdiyi bir sıra cinayətlər, əməliyyatlar bir müddət keçdikdən sonra məhz Süleymaninin öldürülməsi ilə nəticələndi. İndi də İranın bəzi məmurlarının ABŞ-ın hədəfində olması istisna deyil. ABŞ heç nədən çəkinmir, sadəcə məsələyə səbirlə yanaşır. Həm də Yaxın Şərqdə İranla birdən-birə müharibə aparılması ABŞ-ın maraqlarına uyğun deyil. Bu, 3-cü dünya müharibəsinin başlaması demək olar”.  

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR