İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın Bakıdakı yeni səfiri Brayzanın taleyini yaşayacaq? - rəy

816 05.12.2023 11:55 Siyasət A A

Erməni lobbisi xanımı türk olan Metyunun Azərbaycanda işləməsinə bir ildən çox imkan verməmişdi; ekspertə görə, Libbi də Brayzanın aqibətini yaşamağa yaxındır, sadəcə...

Təxminən ilyarımlıq fasilədən sonra ABŞ-ın Azərbaycana yeni təyin olunan səfiri, nəhayət, dekabrın 2-də Bakıda varid oldu. Bu, Mark Libbidir. “Azərbaycana təyin olunmuş səfir Mark Libbi, xoş gəlmisiniz! Biz ABŞ-Azərbaycan münasibətlərini inkişaf etdirmək, regionda davamlı və uzunmüddətli sülhə doğru çalışmaq üçün işə başlamağı səbirsizliklə gözləyirik” - deyə səfirlik bəyan edib. 

Sirr deyil ki, Amerikanın Azərbaycana hər səfir təyinatı bir qayda olaraq qəliz, yorucu prosesə çevrilir. Səbəb də budur ki, ABŞ-dakı türkə nifrəti bitməyən erməni lobbisi Azərbaycana göndərilən səfirin ermənipərəst olmasına xüsusi önəm verir. Məsələn, 2011-ci ildə ölkəmizə yeni təyin olunmuş səfir Metyu Brayzanın də başına eyni oyun gətirilmişdi. Brayza 2007-ci ildə əslən Türkiyədən olan Cənubi Qafqaz bölgəsi üzrə tanınmış amerikalı tədqiqatçı Zeyno Baranla evli idi. Bu da erməni lobbisini özündən çıxarmışdı. Nəticədə Brayza Bakıda cəmi 1 il səfir işləyə bildi. Erməni lobbisi imkan vermədi. Mark Libbi də erməni lobbisindən uzaq şəxsdir. O səbəbə erməni lobbisi onun namizədliyinə o qədər də xoş baxmayıb. Təsadüfi deyil ki, səfirin namizədliyi irəli sürüldükdən dərhal sonra ona qarşı qarayaxma kampaniyası məhz erməni lobbisinin fəaliyyəti nəticəsində geniş vüsət almış oldu. Hətta o, seksual zorakılıqda ittiham edildi. Bəs Libbi gerçəkdənmi Brayzanın aqibətini yaşaya bilər? 

İrəvan küçələri qlobal-siyasi dəyişiklikləri geri döndərmək gücündə deyil”-Əziz  Əlibəyli

 Əziz Əlibəyli

Siyasi ekspert Əziz Əlibəylinin “Yeni Müsavat”a bildirdiyinə görə, Mark Libbi təcrübəli diplomatdır. Onun fikrincə, ABŞ-Azərbaycan münasibətlərinin bu dövründə səfir təyin olunması uğur göstəricisidir. Ə.Əlibəyli son vaxtlar pozitiv mesajlar da verildiyini düşünür. Lakin ekspert hesab edir ki, seçkilərin gedişatında Libbinin səfir taleyi haqda fikir söyləmək mümkün olacaq: “Amerikada seçki marafonu Libbini onlara unutdura da bilər. Baxmayaraq ki, qərarvericilər seçkinin kulminasiya nöqtəsində bütün resursları səfərbər edirlər və bu vəziyyətdə Libbi qurban da gedə bilər. Ona görə də Avropa İttifaqında  parlament, Birləşmiş Ştatlarda isə prezident seçiləri Azərbaycanla münasibətlərdə sınaq dövrü olacaq. Bu baxımdan Brayzanın aqibətini yaşamayacaq demək də çətindir. Bu da seçkinin gedişatından asılı olacaq. Yəni bu kontekstdə baxanda Libbi Brayzanın aqibətini yaşamağa yaxındır. Hər halda, erməni lobbisi seçkidə bu detallardan istifadə edəcək”.

Libbi 25 may 2022-ci ildə Azərbaycana səfir vəzifəsinə namizəd kimi göstərilib. Lakin uzun müddət onun namizədliyi təsdiqlənməyib. Prezident Bayden cari ilin yanvarında da Libbinin namizədliyini irəli sürmüşdü. O, Konqresin son sessiyasında təsdiq olunmayan təxminən 175 namizəd arasından Ağ Ev tərəfindən yenidən təqdim edilən 85 namizəddən biri olub.

Mark Libbi Vaşinqtondakı Milli Müharibə Kollecində Dövlət Departamenti fakültəsinin müşaviri vəzifəsində işləyib. Libbi ABŞ-ın Avropa İttifaqındakı səfirinin müavini, həmçinin siyasi məsləhətçi olduğu Varşava, Nikosiya və Bağdaddakı diplomatik nümayəndəliklərdə çalışıb. Vaşinqtonda Libbi Dövlət Departamentinin Əməliyyatlar Mərkəzinin Böhranların İdarə Edilməsi üzrə direktor müavini, Mərkəzi Avropa Ofisinin direktor müavini, Cənubi Avropa Ofisinin direktoru vəzifələrində çalışıb. 

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR