İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ HonqKonq rəsmilərinə qarşı sanksiya tətbiq etdi

601 30.03.2024 01:00 Dünya A A

ABŞ HonqKonq məmurlarına qarşı viza sanksiyaları tətbiq edir. Bu barədə ABŞ dövlət katibi Entoni Blinken məlumat verib.

Onun yazılı bəyanatında qeyd edilir ki, Çin hakimiyyəti HonqKonqda “vətəndaş cəmiyyətinin, medianın və dissidentlərin sıxışdırılmasını gücləndirir”: "Bununla əlaqədar olaraq, Dövlət Departamenti hüquq və azadlıqların artan pozulmasına görə məsuliyyət daşıyan çoxsaylı HonqKonq rəsmilərinə viza məhdudiyyətləri tətbiq etmək üçün addımlar atdığını elan edir".

O, konkret kimin ABŞ-ın hazırkı məhdudiyyətləri altına düşdüyünü açıqlamayıb: "Biz Konqres və beynəlxalq ictimaiyyətlə birlikdə HonqKonq xalqının qorunan hüquq və azadlıqlarının bərpasına və milli təhlükəsizlik qanununa uyğun olaraq haqsız yerə həbs edilmiş şəxslərin dərhal azad edilməsinə çağırış edərək onlara dəstək olmaqda davam etməyə sadiqik".

Qeyd edək ki, HonqKonq Qanunvericilik Şurası (Parlament) martın 19-da milli təhlükəsizlik qanununu qəbul edib. Bu hüquqi akt, xüsusilə, dövlətə xəyanət, üsyan, Çin hərbi qulluqçularını üsyana təhrik, habelə “milli təhlükəsizliyə xələl gətirmək məqsədilə ictimai infrastruktura zərər vurmaq və ya zəiflətmək üçün” xarici qüvvələrlə əməkdaşlığa görə maksimum cəza olaraq ömürlük həbsi nəzərdə tutur .

2021-ci ilin yazında Çin hakimiyyəti Honq-Konqun seçki sistemində dəyişikliklərə başlayıb. O, “HonqKonq vətənpərvərlər tərəfindən idarə olunur” prinsipinin təmin edilməsinə yönəlmişdi. Buna əsasən, seçkilərə yalnız hakimiyyətə sadiq və milli təhlükəsizliyə təhlükə yaratmayan vətənpərvər namizədlər buraxılır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR