İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ hökumətindən “Boeing”ə QADAĞA

597 25.01.2024 15:24 Dünya A A

ABŞ Federal Mülki Aviasiya İdarəsi (FAA) “Boeing” şirkətinə 737 MAX təyyarəsinin istehsalını genişləndirməklə bağlı qadağa qoyub.

Musavat.com xəbər verir ki, administrasiyanın yaydığı məlumatda bu qərara 737-9 MAX təyyarəsinin yanvarın əvvəlində havada qapısını itirməsindən sonra gəlindiyi bildirilir.

FAA həmçinin insident səbəbindən uçuşu dayandırılmış 171 737-9 MAX təyyarəsi üçün yoxlama və texniki xidmət prosesini təsdiqləyib. Yalnız bu proses uğurla başa çatdıqdan sonra onlar xidmətə qaytarıla bilər.

FAA Maykl Uitaker bildirib ki, şirkətə hər hansı güzəşt edilməyəcəyini bəyan edib: "Bu proses vasitəsilə keyfiyyətə nəzarət sahəsində aşkarlanan problemlər aradan qaldırılmayınca, biz “Boeing”in istehsalı genişləndirmək və ya əlavə 737 MAX istehsal xətlərini açmaq tələblərini təmin etməyəcəyik".

Yanvarın əvvəlində Alyaska Hava Yollarına məxsus “Boeing 737-9 MAX” təyyarəsi təxminən 5 km hündürlükdə havada qapısını itirərək Portlend hava limanında təcili eniş edib. Sərnişinlərdən heç biri xəsarət almayıb. Aviaşirkət təyyarəni 2023-cü ilin noyabrında alıb.

Bunun ardınca FAA Boeing 737-9 MAX təyyarələrinin ABŞ hava məkanında istismarının müvəqqəti dayandırılması barədə göstəriş verib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR